İstanbul şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.
Eurasia Diary xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 19:14-də meydana gəlib. Zəlzələnin episentri 11 km dərinlikdə yerləşib.
Təbiət hadisəsi ilə bağlı əlavə məlumat verilmir. Dağıntı və tələfat yoxdur.
Zəlzələdən dolayı əhali arasında ciddi təşviş yaşanıb.