Ötən ilin oktyabrından Madaqaskarda qızılcadan 922 uşaq dünyasını dəyişib.
Eurasia Diary xarici mediaya istinadən xəbər verir ki, hazırda 66 min nəfər bu virusa yoluxub. Ölüm faizinin qarşısını peyvəndlər də ala bilmir.
Ölkə əhalisinin 55%-i peyvənd olunub. Tibb işçiləri əhalinin infeksiyaya qarşı immunitetinin işləmədiyini qeyd edir.