Paşinyan Rusiyaya hədiyyə verməyə başladı | Eurasia Diary - ednews.net

26 Mart, Çərşənbə axşamı


Paşinyan Rusiyaya hədiyyə verməyə başladı

Dünya A- A A+

Suriyaya Ermənistanın humanitar missiyasının göndərilməsi geosiyasi baxımdan təhlükəlidir.

Eurasia Diary xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb. Ermənistan

“Suriyaya humanitar missiyanın göndərilməsinin xarici siyasətimizlə ümumi heç nəyi yoxdur. Hər şey Ermənistanın daxilində gizlənib. Nikol Paşinyan Ermənistanın xarici siyasətində vektor dəyişikliyi olmadığını desə də, Putin onun sözlərinə güvənmir. Ruslar həm inanmırlar, həm də bunu gizlətmirlər.

Humanitar missiya qərarı Rusiya və şəxsən Vladimir Putinin rəğbətini qazanmaq üçün atılıb. Üstəlik, erməni hakimiyyəti bu addımdan sonra yaranacaq təhdidlərdən də narahat deyil. Rusiya Müdafiə naziri Sergey Şoyqunun İrəvana təşəkkür etməsi də hakimiyyəti razı salıb.

Nikol Paşinyan hakimiyyətə gələndən dərhal sonra anlayıb ki, Ermənistanda hakimiyyət yalnız Kremlin vasitəsilə dəyişdirilir. Ona görə də o, Suriyaya humanitar missiya göndərərək, Rusiyaya hədiyyə vermiş oldu. Görünür, bu hədiyyə son olmayacaq”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...