Banqladeşin paytaxtı Dəkkədə yaşayış binasının zirzəmi qatındakı kimyəvi maddələrin olduğu anbarda baş verən yanğın nəticəsində ölənlərin sayı 70-ə çatıb.
Eurasia Diary Banqladeşin BSS agentliyinə istinadla xəbər verir ki, paytaxtın Çaukbazar adlanan ərazisində baş verən hadisə zamanı 50-dən çox adam yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır. Yanğın ətrafdakı üç binaya da keçib.
Hadisə yerinə 33 yanğınsöndürən briqadası cəlb olunub. Bir neçə saat sonra yanğın nəzarət altına alınıb. Hadisənin nədən baş verdiyi hələ bilinmir.
Ölkənin nəqliyyat və körpülər naziri Obaydul Quader bildirib ki, ölənlərin ailələrinə təzminat veriləcək.