ABŞ humanitar yardım adı ilə Venesuelada provokasiyaya hazırlaşır.
Eurasia Diary xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin köməkçisi Dmitri Polyanski deyib.
“23 fevralda göndərilməsi planlaşdırılan humanitar yardım kampaniyası çərçivəsində Venesuela-Kolumbiya sərhədində iğtişaş mahiyyətli provokasiyaya hazırlıq görülür”, - deyə diplomat bildirib.
Qeyd edək ki, ABŞ-la yanaşı, Rusiya da Venesuelaya humanitar yardım göndərməkdə davam edir.