ABŞ-ın sülhməramlı qüvvələrinin məqsədlərindən biri Suriya rəhbərliyinin kürdlərə qarşı addımlarının qarşısını almaqdır.
Eurasia Diary xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Kirill Semenov bildirib.
"Suriyada qalan 200 amerikalı əsgər DSQ-nin Dəməşqlə hər hansı müqavilə bağlamaması üçün çalışacaq. Heç bir şəraitdə Türkiyəyə qarşı heç bir gücdən istifadə etməyəcəyik. Ancaq orada çox boşluq var. Türklər bu 200 nəfər olan tərəfdən də hərəkət edə bilər. 200 nəfər çox azdır, Türkiyənin qarşısını ala bilməz. Mövqe olaraq ayrı-ayrı sahələri idarə edirlər, ancaq bütün sərhəd boyu mümkün deyil", - Semenov söyləyib.