Baxdılar ki, çılğın türklər gəlir, imtina etdilər - Ərdoğan | Eurasia Diary - ednews.net

21 Mart, Cümə axşamı


Baxdılar ki, çılğın türklər gəlir, imtina etdilər - Ərdoğan

Dünya A- A A+

İqtidarı 23,5 milyard dollar borcla təhvil aldıq. 2013-cü ilin mayında Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarımızı bitirdik.

Eurasia Diary xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında deyib.

“BVF bizdən 5 milyard avro borc istədi. Dostlar bu barədə soruşdu, “verin” dedim. Amma düşündülər ki, bu gün borc alan sabah təlimat alar. Baxdılar ki, çılğın türklər gəlir, o borcu almadılar. Biz borcu sıfırlamışıq. Mərkəzi Bankın yüksəlişi davam edir. Valyuta ehtiyatı 100 milyard dollara çatdı. Biz onu 136 milyarda çatdırmağı hədəfləyirik”, - deyə dövlət başçısı bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...