Məsciddə 70 nəfəri qanına qəltan edən terrorçunun tutulma anı - VİDEO | Eurasia Diary - ednews.net

19 Mart, Çərşənbə axşamı


Məsciddə 70 nəfəri qanına qəltan edən terrorçunun tutulma anı - VİDEO

Dünya A- A A+

Yeni Zelandiyanın Kraystçerç şəhərinin sakini bu şəhərdə məscidə hücumda şübhəli bilinən şəxslərdən birinin yaxalanma anını videolentə alıb.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, kadrlarda polis maşınının onu dayandırmaq üçün avtomobillərdən birinə toxunduğu görünür. Bundan sonra polis xidməti silahından istifadə etməklə sürücünü avtomobildən çıxmağa və yerə uzanmağa məcbur edir.

Yerli hakimiyyət indiyədək 4 şübhəli şəxsin yaxalandığını açıqlayıb. Onlardan biri qadındır.

Bununla belə, əsas cinayətkar hesab olunan Avstraliyanın Yeni Cənubi Uels ştatının Qrafton şəhərinin sakini, 28 yaşlı Brenton Tarrant hələ də tapılmayıb. Həmin şəxs məscidə gedən piyadalara hücumu sosial şəbəkədə canlı yayımda paylaşması ilə məşhurlaşıb.

Qeyd edək ki, bu səhər Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidə hücum zamanı 40 nəfər həlak olub, 30-a yaxın şəxs yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...