Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən 2 məscidə terror hücumu təşkil edilib.
Silahlı hücum 40 nəfərin ölümü, 20-yə yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edib.
Hücumu təşkil edən şəxslərdən birinin 30-40 yaşlı, ağ dərili, hərbçi formasında olduğu bildirilir.
Terror hadisəsi sosial şəbəkədə canlı yayımlanıb. Həmin şəxs adının Brenton Tarrant olduğunu bildirir.
Polis hadisədə şübhəli bilinən 4 nəfəri həbs edib. Hücumun motivi hələ də qeyri-müəyyəndir.
****
Musavat.com saytı məscidə yönəlik terror hadisəsini törədən Brenton Tarrantın özü tərəfindən çəkilmiş qətliam videosunu əldə edib.
QEYD: Yaşı 18 -dən az olan və ürəyi zəif olan şəxslər baxmasınlar.