Rusiya bu iki ölkəyə hücum edəcək - Saakaşvili | Eurasia Diary - ednews.net

19 Mart, Çərşənbə axşamı


Rusiya bu iki ölkəyə hücum edəcək - Saakaşvili

Dünya A- A A+

Rusiya keçmiş sovet ölkələrinə hücum etməyəcək.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu sözlər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Forin Polisi” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinəg görə, Rusiyanın hücum edəcəyi ölkələr Finlandiya və ya İsveç olacaq.

O bu iddianın gerçəkləşəcəyi halda NATO üzvlərinin vahid müqavimət təşkil edə bilməyəcəyini deyib. Saakaşvili rus tanklarının Helsinki və ya Stokholma müqavimətsiz daxil olmayacağını bildirib:

“Rusiya hökumətinin nəzarətində olan media orqanları vasitəsilə cəmiyyət ölkənin NATO tərəfindən mühasirəyə alınmasıyla qorxudulur. Rusiyanın hədəfi ölkənin daxilində təzyiq rıçaqlarına nəzarətin gücləndirilməsidir. Zəif qonşunun ərazisinə müdaxilə hakimiyyətin reytinqlərində özünü effektiv şəkildə göstərəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...