Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir - Terror aktından sonra | Eurasia Diary - ednews.net

23 Aprel, Çərşənbə axşamı


Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir - Terror aktından sonra

Dünya A- A A+

Yeni Zelandiyanın Nazirlər Kabineti ölkədə silah dövriyyəsinin nizamlanmasını nəzərdə tutan qanunvericiliyə yenidən baxılması barədə qərar qəbul edib.

Eurasia Diary-nin trend-ə istinadən məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bəyan edib.

O bildirib ki, qərar qanunun sərtləşdirilməsi ilə bağlıdır: "Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub, 10 gündən sonra dərc ediləcək".

C.Ardern vurğulayıb ki, Yeni Zelandiyanın Kraystçerç şəhərindəki terror aktından sonra bu addımın atılması zərurətə çevrildi.

Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...