Ermənistanda qazın qiyməti bahalaşacaq | Eurasia Diary - ednews.net

23 Aprel, Çərşənbə axşamı


Ermənistanda qazın qiyməti bahalaşacaq

Dünya A- A A+

Ermənistanda maye qazın qiyməti bahalaşacaq.

Bunu “Jamanak” qəzeti yazıb.

Məlumata görə, Vergi Məcəlləsinə təklif olunan yeni dəyişiklik layihəsinə əsasən, avtomobillər üçün maye qaz həcmlə deyil, çəki ilə satılacaq.

Məqalədə qeyd olunub ki, hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən maye qazın min kub metri 25 min dramdır (52 dollar). İndi isə hökumət təklif edir ki, bir ton maye qazın qiyməti 34 min dram (70 dollar) olsun. Hökumət rəsmiləri bunun vergi ödənməsinə təsiri olmayacağını desə də, təbii qazdoldurma məntəqələrinin sahibləri bildirib ki, dəyişiklik nəticəsində yanacağın qiyməti 10-20 faiz bahalaşacaq.

Qanun aprelin 1-dən qüvvəyə minəcək./Report/

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...