Qazaxıstan prezidentinin səlahiyyətlərini icra edən Qasım-Jomart Tokayev ölkənin paytaxtı Astananın adının dəyişdirilərək Nursultan Nazarbayev qoyulmasını təklif edib.
Eurasia Diary xəbər verir ki, Tokayev ölkənin bütün vilayət mərkəzlərində əsas küçələrə Qazaxıstanın birinci prezidentinin adı verilməsini istəyərək, onun dövlətin yüksək səviyyəli mükafatları ilə təltif edilməsini təklif edib.