Türkiyənin Dənizli əyalətində 5.5 bal gücündə güclü zəlzələ olub.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı “Hüriyyət” yayıb.
Məlumata görə, səhər saat 09:34-də baş verən zəlzələ Ege və Marmaranın cənubunda da hiss edilib.
Zəlzələ nəticəsində 50-ə yaxın evə ziyan dəysə də, insan tələfatının qeydə alınmadığı bildirilib.