2019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb.
Eurasia Diary xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının iclasında çıxışı zamanı Ermənistan Müdafiə nazirinin müavini Qabriyel Balayan deyib. O bildirib ki, hazırkı dövrdə hərbçilərin maaşının 1000 dram artırılmasının belə dövlət büdcəsi üçün ağırdır:
"Bir il ərzində müstəqil maliyyə vəsaitlərinin yaranacağı halda hökumət yenidən büdcə dəyişiklikləri təşəbbüsüylə çıxış edəcək və hərbçilərin maaşlarını artıracaq".