Qazaxıstan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Qasım Jomart Tokayev ilk səfərini Qazaxıstanın Türküstan şəhərinə edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqali öz Feysbuk səhifəsində paylaşıb. Onun Türküstanda bir sıra sənaye və sosial obyektləri ziyarət edəcəyi vurğulanıb.
Qeyd edək ki, Tokayevin bundan öncə ilk xarici səfərini Rusiyaya edəcəyi bildirilmişdi.