Əfqanıstan Ləşkərgah şəhərindəki stadionda iki partlayış baş verib.
Eurasia Diary xəbər verir ki, bu barədə “Ariana Nyus” televiziyası məlumat yayıb.
Partlayış nəticəsində Gilmend vilayətinin qubernatoru və 4 yerli məmur yaralanıb. Ümumilikdə yaralıların sayı 10 nəfər, ölənlərin isə təxinən 7 nəfər olduğu bildirilir.
***
Taliban Gilmend vilayətində baş tutan partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Bu məlumatı “1TV” televiziyası yayıb.