Londonda bu gün keçirilən yürüşə 1 milyon insan qatılıb.
Eurasia Diary xəbər verir ki, yürüş iştirakçıları Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı ikinci referendum keçirilməsini tələb edirlər.
Etirazçılar mərkəzi küçələrlə parlament binasına qədər yürüş ediblər və orada britaniyalılara AB-də qalıb-qalmamağa səs vermək üçün ikinci dəfə şans tanınmasını istəyiblər.
“Hakimiyyət dalana dirənib, Breksitin perspektivi dumanlıdır. Biz buna son qoymaq və ikinci referendum keçirilməsinə nail olmaq istəyirik”, - iştirakçılar bildiriblər.
Bir çoxlarının fikrincə, 3 il əvvəl “nəsə səhv” olub, əgər indi yenidən referendum keçirilərsə, əksəriyyət Avropa Birliyində qalmağa səs verəcək.
Qeyd edək ki, Breksitlə bağlı Britaniya parlamentində keçirilən səsvermələrin heç birində nəticə əldə etmək mümkün olmayıb.