Silah səsi çıxaran eskalator “Disneyland”də vahiməyə səbəb olub.
Lenta.ru-nun məlumatına görə, hadisə Fransanın paytaxtı Parisdə baş verib.
Parisdəki “Disneyland”də eskalatorun mexanizmində yaranan nasazlıq səbəbindən silah səsinə bənzər səs-küy insanları təlaşlandırıb. Nə baş verdiyini anlamayan insanlar qaçmağa başlayıb.
“Disneyland” rəhbərliyi tərəfindən hadisə yerinə təcili olaraq hüquq-mühafizə orqanları cəlb edilib. Park müvəqqəti olaraq bağlanıb.
Qaçan zaman bir neçə insan yüngül xəsarətlər alıb.
Ahora mismo posible atentado en #Disneylandparis pic.twitter.com/Qyq8tnUmPR
— kemalEsMio (@kemalesmio) 23 марта 2019 г.