İstanbulun Yenikapı rayonunda bu gün keçiriləcək "Cümhur İttifaqı"nın mitinqinə hazırlıqlar başa çatıb.
Eurasia Diary-nin "Sabah"a istinadən xəbərinə görə, artıq mitinqçilər meydana toplaşmağa başlayıblar.
Meydanda 16 metr hündürlüyündə, 145 metr uzunluğunda platforma qurulub. Mitinqdə 2 milyondan artıq türkiyəlinin iştirakı gözlənilir.