Suriya Demokratik Qüvvələri İŞİD-in son qalası hesab olunan Baquzun azad edilməsi münasibətilə burada təntənəli mərasim təşkil edib.
Eurasia Diary axar.az-a istinadla xəbər verir ki, məlumata görə, mərasim zamanı qırmızı formalı SDQ orkestri ABŞ və SDQ bayraqları qarşısında ABŞ himnini ifa edib. Mərasim çərçivəsində həmçinin Afrində Türkiyə ordusunun məhv etdiyi terrorçuların fotoları asılıb.