Rusiya Venesuelaya əsgər və hərbi avadanlıqlar daşıyan iki təyyarə göndərib.
Eurasia Diary Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarələr ölkənin paytaxtında yerləşən Maiquetia hava limanına enib.
Venesuelalı jurnalist sosial şəbəkə hesabında aeroportda 100-ə yaxın əsgər gördüyünü və 35 tona yaxın hərbi avadanlığın təyyarədən boşaldıldığını yazıb.
Bundan başqa, sosial şəbəkələrdə hava limanından çəkilən fotolar yayılıb.