Sudanda hərbi çevriliş edərək hakimiyyəti ələ alan Hərbi Şura bütün siyasi məhbusları azadlığa buraxıb.
Eurasia Diary-nin məlumatına görə, müdafiə naziri Əvad bin Auf iki il müddətində ölkəni idarə edəcəyini elan edib.
Nazirlər Kabineti, parlament və yerli idarəetmə orqanları istefaya göndərilib.
İstefaya gedən prezident Ömər əl-Bəşiri həbs olunub.