Biznesmen Notr-Dam kilsəsinə 100 milyon avro ayırdı | Eurasia Diary - ednews.net

23 Aprel, Çərşənbə axşamı


Biznesmen Notr-Dam kilsəsinə 100 milyon avro ayırdı

Dünya A- A A+
Fransanın “Artemis” və “Kering” şirkətlərinin sahibi olan Pino biznesmenlər ailəsi Parisdə yanaraq ciddi zərər görən Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro pul ayırıb.
 
Eurasia Diary xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb. Bildirilib ki, biznesmen ailəsinin ayırdığı vəsaitin kilsənin bərpası üçün zəruri olan tədbirlərə xərclənməsi planlaşdırılır. 

Qeyd edək ki, ötən axşam Parisin ən qədim abidələrindən biri - 856 illik tarixə malik məşhur Notr-Dam kilsəsində güclü yanğın olub. İlkin məlumata əsasən, yanğın kilsədə aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Yanğın təxminən 9 saatdan sonra södürülüb. Rəsmi şəxslər kilsənin təmiri üçün beynəlxalq yardım kampaniyası başladacaqlarını açıqlayıblar. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...