Müsəlmanların üçüncü müqəddəs ocağı yandırıldı - VİDEO | Eurasia Diary - ednews.net

20 Aprel, Şənbə


Müsəlmanların üçüncü müqəddəs ocağı yandırıldı - VİDEO

Dünya A- A A+

İsrail ordusunun nəzarəti altındakı Şərqi Qüdsdə yerləşən tarixi Əl-Aksa məscidində yanğın olub.

Eurasia Diary Teleqraf.com-a istinadən bildirir ki, bu barədə İslam Vəqfinin idarə heyəti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, məscidin cənub-qərbində yerləşən Mervani Məscidi ərazisində yanğın çıxıb.

Yanğına kiçik yaşlı uşaqlar səbəb olub.

Yanğın əl-Aksanın işçilərinin dəstəyi sayəsində söndürülüb.

Qeyd edilir ki, Fələstin lideri Mahmud Abbas məsciddə baş verən yanğını qınayıb və müqəddəs məkanlara sahib çıxılmasına dair çağırış edib.

Əl Məscid Əl-Aksa Məkkədəki əl-Haram və Mədinədəki məsciddən sonra müsəlmanların üçüncü müqəddəs məscidi hesab olunur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...