Meksikanın Sonora və Xalisko ştatlarında aşkarlanan gizli məzarlıqlarda 45 cəsəd tapılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Meksika prokurorluğu məlumat yayıb. Bildirilib ki, cəsədlərdən 30-u Sonoranın Kaxeme bölgəsində, 15-i isə Xaliskonun Qvadalaxara kəndindəki gizli məzarlıqda aşkar edilib.
Hazırda tapılan cəsədlərin kimlərə məxsus olduğu müəyyənləşdirilir. Faktla bağlı istintaq aparılır.
Qeyd edək ki, Meksikada gizli məzarlıqlar əsasən narkoticarətlə məşğul olan mafiya şəbəkələrinin öz qurbanlarının cəsədlərini gizlətmək üçün istifadə edilir.