Qasırğanın ardınca daşqınlar Pakistanı viran qoydu - 39 ölü, 135 yaralı | Eurasia Diary - ednews.net

24 Aprel, Çərşənbə


Qasırğanın ardınca daşqınlar Pakistanı viran qoydu - 39 ölü, 135 yaralı

Dünya A- A A+

Pakistanda təbii fəlakətin yaratdığı fəsadların miqyası böyüməkdə davam edir.

Eurasia Diary-nin məlumatına görə, aramsız yağan yağışlar çayların daşmasına səbəb olub. Daha ciddi fəsadlar Pəncab, Bəlucistan və Heybər-Paxtunxva rayonlarında qeydə alınıb. Daşqınlar nəticəsində 39 nəfər həlak olub, 135 nəfər xəsarətlər alıb.

Qeyd edək ki, daha öncə isə Pakistanın Kəraçi şəhərində toz qasırğası ciddi dağıntılar yaratmış, ağacları aşırmışdı. Qasırğa nəticəsində ölənlərin sayı isə 25 nəfərə çatmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...