Ermənistanda baş nazir Nikol Paşinyana qarşı yeni bir təşəbbüs baş qaldırıb. Bir qrup insan İrəvan küçələrinə #SutNikol (Saxtakar Nikol) qraffitisini həkk edirlər.
Eurasia Diary xəbər verir ki, onlar arasında Konstantin Ter-Nakalyan, Narek Samsonyan və Artur Danielyan da var və hazırda hakimiyyətə və Nikol Paşinyanın siyasi fəaliyyətinə qarşı nümayişlərə başlayıblar.
"Konstitusiyalı quruluşun devrilməsi və hakimiyyətin devrilməsi prosesinin başlamasının birinci ildönümünün yaxınlaşdığı bir vaxtda dostlarım və mən bəzi insanlara Ermənistan dövlətçiliyinə qarşı müqavimət ocaqlarının mövcud olduğunu göstərmək istədik. Bu gün bizə Ermənistanın yeddi şəhərindən vətəndaşlar, eləcə də tərəfdarlarımız qoşulub", - Artur Danielyan deyib.
Digər bir nümayişçi Narek Samsonyan Nikol Paşinyana etibar etmədiyini bəyan edib.
"Paşinyan verdiyi bəyanatların 90 faizini təkzib etməyə başlayıb. O, kabinetini formalaşdırdıqdan sonra ilk aylarda verdiyi bəyanatlarını inkar etməyə başladı. Bütövlükdə ictimaiyyət indiki hökumətin söylədikləri bütün yalanları eşidə bilir və 1 aprel tarixində keçirdiyimiz simvolik xarakterli etiraz Ermənistandakı yalan atmosferini göstərmək məqsədi daşıyırdı".
Ermənistanın polis qüvvələri aprelin 15-də anti-Paşinyan nümayişləri zamanı üç nəfəi həbs ediblər, lakin onlar bir müddət sonra azad olundular.
18 aprel tarixində bir qrup insan Yerevanın küçələrində gəzib, ağ rəngli boya ilə bu yazıları yazdılar.
19 aprel günü eyni əməli törətdiyi üçün 5 nəfər həbs olunub və protokol tərtib olunduqdan sonra sərbəst buraxılıb.
Ermənistan xəbər agentliyi NEWS.am, bu insanların "Mənim Addımım İttifaqı"nın üzvləri olduğunu öyrənib.