Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb.
Eurasia Diary axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, səhər saatlarında Kordaysk rayonunda Almaatı-Daşkənd yolunun 181-ci kilometrində "Tayota Kəmri" (“Toyota Camry”) markalı minik avtomobili yol kənarında dayanan yük maşını ilə toqquşub. Bu zaman eyni marşrut üzrə hərəkət edən sərnişin avtobusu toqquşmadan qaçmağa çalışarkən açıb.
***
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev açıqlama verərək, qəzada ölənlərin Özbəkistan vətəndaşı olduğunu bildirib.
Ölənlərin yaxınlarına başsağlığı verən Tokayev hadisə ilə əlaqədar Özbəkistan Prezidenti Şövkət Mirziyayevə teleqram göndərdiyini açıqlayıb.