Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynadakı prezident seçkilərinin II turu ilə bağlı açıqlama yayıb.
Eurasia Diary xəbər verir ki, Saakaşvili Ukraynaya gəlişinə qoyulan qadağanın götürülməsini səbrsizliklə gözlədiyini deyib.
“Mənim biletim var. Qadağanın götürülməsini gözləyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, “ekzit-poll” nəticələrinə görə, 72 faizdən çox səslə Vladimir Zelenski rəqibi Pyotr Poroşenkoya qalib gəlib.