Şri Lankanın paytaxtı Kolombo şəhərindəki kilsənin yaxınlığında avtomobilin partladılması görüntüləri yayılıb.
Eurasia Diary xəbər verir ki, məlumata görə, partlayış uzaqdan idarə olunmaqla həyata keçirilib.
Polislər digər furqon avtomobilə yerləşdirilmiş bombanı isə zərərsizləşdirə biliblər.
Qeyd edək ki, dünəndən etibarən Şri Lankada silsilə terror aktları törədilib. Baş verən 9 partlayış nəticəsində 290 nəfər həlak olub, 500 nəfər yaralanıb. Polis faktla bağlı 24 nəfər şübhəlini saxlayıb.