Rusiyanın paytaxtı Moskvada Vladimir Leninin məqbərəsi ziyarətçilər üçün bağlanıb.
Ednews xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, məqbərə 3 həftə ərzində bağlı olacaq: “Dövlət tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar 2024-cü il aprelin 23-dən mayın 16-dək ziyarətçilərin V.İ.Leninin məqbərəsinə və Kreml divarının yanındakı nekropola daxil olmasına icazə verilməyəcək”.