Polşa prezidenti Anjey Duda bəyan edib ki, NATO şərq cinahını gücləndirmək qərarına gələrsə, onlar öz ərazilərində nüvə silahı yerləşdirməyə “hazırdırlar”.
Ednews xəbər verir kiPolşada çıxan “Fakt” qəzetinə müsahibəsində Duda öz ölkəsində nüvə silahının yerləşdirilməsi ehtimalını dəyərləndirib. Duda qeyd edib ki, Rusiya “ölkənin qərbində yerləşən Kalininqrad vilayətini daha da hərbiləşdirib və bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb”.
Polşa ilə ABŞ arasında nüvə silahlarının paylaşılmasının "bir müddətdir" müzakirə edildiyini bildirən Duda, "Müttəfiqlərimiz NATO-nun şərq cinahını gücləndirmək üçün torpağımızda nüvə silahı yerləşdirməyə qərar verərsə, buna hazırıq" dedi.
Xəyal Ramiz