London Metropoliten Polis Xidmətindən verilən açıqlamaya görə, 32 yaşlı Kristofer Berri və 29 yaşlı Kristofer Keş Rəsmi Sirrlər Qanununa əsasən Çin adından casusluqda ittiham olunublar.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, bu şəxslər xarici dövlətə məqalələr, qeydlər, sənədlər və ya məlumat verməkdə ittiham olunurdular və sözügedən hadisə çox ciddi iddialarla bağlı olduqca mürəkkəb istintaq kimi qiymətləndirilir.
Qeyd olunub ki, Berriyə qarşı cinayətlər 28 dekabr 2021-ci il - 3 fevral 2023-cü il, Cash-a qarşı cinayətlər isə 20 yanvar 2022-ci il - 3 fevral 2023-cü il tarixləri arasında törədilib.
İlk məhkəmə iclası cümə günü, aprelin 26-da paytaxt Londondakı Westminster Magistrates Məhkəməsində keçiriləcək.
The Sunday Times qəzetinin 2023-cü ilin sentyabrında verdiyi məlumata görə, Çin adına casusluqda ittiham olunan iki nəfər 2023-cü ilin martında saxlanılıb və istintaq davam edərkən zaminə buraxılıb.
Xəyal Ramiz