Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko senatorlara spiker Alen Simonyanın anti-Rusiya bəyanatları ilə bağlı sorğu hazırlamağı və Ermənistan parlamentinə göndərməyi tapşırıb.
Ednews Caucasian Bureau.com-a istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan bildirib ki, "konfransın diqqət mərkəzində Rusiyanın Ukraynaya işğalı və Yaxın Şərq münaqişəsi məsələsi olduğunu" nəzərə alaraq, Ermənistanın "Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini"təsdiqləmək istəyir.
O, daha sonra qeyd edib ki, Ermənistan parlamentinin sədrinin həmkarına sual vermək istərdim:
"O, bu cür süjetləri kimin adından səsləndirib?.. Biz bu cür rusofobik çıxışları diqqətdən kənarda qoya bilmərik. Mən Ermənistan parlamentinə yazılı şəkildə sorğu göndərərdim ki, o, kimin adından çıxış edib və Ermənistan parlamenti bu toplantıda ifadə olunan qiymətləndirmələri bölüşüb-paylaşmır. Həmkarımızdan onsuz da bütün qırmızı xətləri keçməsindən utandım".
Xəyal Ramiz