El Nino mövsümi yağışları daha da artdığı üçün Şərqi Afrikada son həftələrdə aramsız leysan yağışları baş verib.
Ednews Aljazeera news-a istinadən xəbər verirki, Nayrobi əyalətinin qubernatorluğuna görə, əsasən qadın və uşaqlardan ibarət təxminən 60 min insan daşqınlardan “ciddi təsirlənib”. Keniya Meteorologiya Departamenti xəbərdarlıq edib ki, may ayına qədər ölkənin müxtəlif bölgələrində “güclüdən çox şiddətli” yağıntı gözlənilir. Paytaxtdakı daşqınlara görə, Keniya Dəmir Yolları şəhərətrafı qatar xidmətlərini müvəqqəti olaraq dayandırdığını elan edərkən, yollar idarəsi paytaxtdakı dörd yolun qismən bağlandığını söylədi. Nayrobinin genişlənən Mathare gecəqondu məhəlləsində evlər su altında qaldığı üçün sakinlər öz həyatlarını və əmlaklarını xilas etmək üçün damlara çıxmışdılar. Bir çox hökumət idarələrinin və parlamentin yerləşdiyi Nayrobinin mərkəzində əsas prospekt ağacların yıxılmasına görə bağlanıb. Keniyanın paytaxtı Nayrobidə daşqınlar ən azı 10 nəfərin ölümünə səbəb olub.
Nahid