Çərşənbə günü axşam Nigeriyada güclü yağışların ətrafdakı hasarları dağıtmasından sonra ən azı 118 məhbus həbsxanadan qaça bilib.
Ednews DW news-a istinadən bildirirki, yağışdan sonra ətrafdakı hasarları aşaraq qaçan çoxlu sayda məhbusun axtarışı davam edir. Həbsxana xidmətinin sözçüsü Adamu Duza cümə axşamı bildirib ki, leysan saatlarla davam edib və Suleja həbsxanasını və paytaxt Abuca yaxınlığındakı bəzi binaları "dağıdıb". Duza əlavə edib ki, 10-a yaxın məhbus artıq tutulub və səlahiyyətlilər bütün məhbusları həbsə qaytarılana qədər axtarışları davam etdirəcəklər.
O, qaçışda günahı “köhnə və zəif” adlandırdığı “müstəmləkə dövrü” həbsxanaları ilə əlaqələndirib və əlavə edib ki, hakimiyyət “bütün köhnəlmiş qurumları” əvəz etməyə çalışır. Nigeriyada infrastrukturun zəif olması və izdihamlı obyektlərdə zəif təhlükəsizlik tədbirləri səbəbindən həbsxanadan qaçma halları tez-tez baş verir.
Nahid