ÜST ABŞ-da görülən quş qripi virusunun köçəri quşlar tərəfindən başqa ölkələrə keçə biləcəyi barədə xəbərdarlıq edib.
Ednews Euronews-a istinasən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) H5N1 quş qripi virusunun köçəri quşlar vasitəsilə ABŞ-dan başqa ölkələrdə də inəklərə keçmə riskinin olduğunu açıqlayıb.
"Virus bütün dünyada köçəri quşlar tərəfindən daşındığından, digər ölkələrdəki inəklərin də virusa yoluxma riski var", - ÜST-nin Qlobal Qrip Proqramının rəhbəri Wenqing Zhang çərşənbə axşamı Cenevrədə keçirilən mətbuat konfransında deyib.
Zhang, virusun yaratdığı ümumi sağlamlıq riskinin aşağı olduğunu, lakin yenə də ehtiyatlı olmağa çağırdı. ABŞ-da rəsmilər təsdiqləyiblər ki, H5N1 virusu mart ayından bəri doqquz ştatda 34 südlük inək sürüsündə və bir nəfərdə aşkarlanıb. Səlahiyyətlilər ölkədə süd və ətin təhlükəsiz olub-olmadığını araşdırır.
Xəyal Ramiz