ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin narkotik siyasətində tarixi bir dəyişikliklə marixuana ilə bağlı məhdudiyyətləri yumşaltmaq üçün hərəkətə keçəcəyi bildirilib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Federal səviyyədə edilməsi planlaşdırılan dəyişikliklə marixuana dərhal qanuniləşdirilməyəcək, lakin tibbi istifadə üçün giriş asanlaşdırılacaq.
ABŞ federal qanunlarına görə, marixuana sui-istifadə potensialı yüksək olan və tibbi istifadəsi olmayan maddə hesab olunur. Planlaşdırılan dəyişikliyə əsasən, marixuana reseptlə satılan dərmanlarla eyni səviyyəyə gətiriləcək.
Sözügedən təklifin nəzərdən keçirildikdən sonra Ağ Evə göndərildiyi bildirilib.
Bu addımın ştatlarda sirr sənayesini gücləndirəcəyi və xəbərdən sonra sirr şirkətlərinin paylarının artdığı bildirilib.
Planlaşdırılan dəyişikliyin ölkədə uzun müddət narkotiklərə qarşı apardığı müharibənin səbəb olduğu irqi bərabərsizliyi yaxşılaşdırmağa çalışan prezident Co Bayden üçün siyasi qazanc ola biləcəyi şərh edildi.
Bu siyasət dəyişikliyi ölkədə marixuananın əldə edilməsinin həmişəkindən daha asan olması və çox milyardlarla dollarlıq sənayeyə çevrilməsi ilə əlaqədardır. Tibbi marixuana 38 ştatda və Vaşinqtonda qanunidir. 24 ştatda marixuananın istirahət məqsədilə istifadəsi qanunidir.
Xəyal Ramiz