Paytaxt Tbilisinin hüquq-mühafizə orqanları Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyasının 63 iştirakçısını həbs edib.
Ednews "news.am"a istinadən xəbər verir ki, “Daxili İşlər Nazirliyinin əməkdaşları Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqları üçün [Cinayət Məcəlləsinin] 166 və 173-cü maddələri ilə 63 nəfəri saxlayıblar”, - Daraxvelidze bildirib.
Qeyd edək ki, çoxlu sayda insan Gürcüstan parlamentinin “xarici agentlər haqqında” qanunu qəbul etməsinə etiraz edir.
Əkbər Novruz