“Respublika Günü” ilk dəfə İngiltərədə antimonarxistlər tərəfindən qeyd edilib İngiltərədə monarxiya əleyhdarları kral III Çarlzın tacqoymasının birinci ildönümünü ilk dəfə “Respublika Günü” kimi qeyd ediblər.
Ednews m.hbaer.7-ə istinadən xəbər verir ki, paytaxt Londonun Trafalqar meydanında keçirilən “Respublika Günü” şənliyində Norveç və Hollandiya kimi Avropa krallıqlarının respublika qruplarının nümayəndələri də iştirak ediblər.
Respublikayönlü “Respublika” qrupunun təşkil etdiyi tədbirdə “Mənim kralım deyil” , “Monarxiyanı ləğv et” , “Tacınla yıx” yazılı plakatlar və lövhələr daşınıb.
İngiltərənin "God Save the King" milli himninin "Onu Ruandaya göndər" ifadəsi olaraq dəyişdirilib.
Hollandiyada respublikanı müdafiə edən Hollandiya Respublika Hərəkatının lideri Floris Müller ölkəsində antimonarxiya hərəkatının gücləndiyini bildirib.
Xəyal Ramiz