Vətən sevməyin ustası – Bir qəhrəmanın anatomiyası

Yazarlar 12:30 29.02.2024

Bəzi insanlar içlərində bəslədikləri Vətən sevgisi sayəsində özlərində qeyri-adi güc hiss edir və fiziki baxımından özündən daha güclü rəqibi məhv etməyə qadir olurlar. Bu, qəhrəmanlıq hissini duymaq və onu qabarıq şəkildə büruzə verməkdən asılıdır. Tarixdə bu cür nadir hadisələr olub və yəqin ki, olacaq.

Azərbaycan ordusunun əsgərlərindən biri – Mübariz İbrahimov da cəsurluq hissini Vətən sevgisiylə birləşdirərək böyük qəhrəmanlığa imza atıb, xalqımızın qəlbində taxt qurub və eləcə də yaddaşlarda gələcək nəsillərə nümunə olacaq parlaq bir iz buraxıb.

Mən Mübariz İbrahimovun qəhrəmanlığını günümüzü doldurmuş şou-əyləncə xəbərlərinin bol(z)luğunda vətənpərvərliyin ölmədiyini, əbədi-əzəli gen yaddaşımızın oyanması və özünü təsdiqi kimi dəyərləndirirəm. O, əsgəri borcunu şəhidlik zirvəsi ilə tamamlayaraq, hamımızın korşalmış yaddaşını silkələdi, boğazdan yuxarı, umacaqlı urapatriotluğa gerçək hərəkəti ilə zərbə vurdu. Bundan sonra cəmiyyətin, gələcək nəslin yaddaşının dirçəldiyi qənaətindəyəm.

Türkiyədə vaxtilə Milli Təhlükəsizlik qurumunda işləyən Yavuz Cemal bir şəxs olub. Hər kəs onun çox igid və cəsur adam olduğunu deyirmiş. Bir gün onun silahdaşları çox çirkin bir əmələ əl atırlar. Təşkilata yalandan Yavuz Cemalın xain birisi olduğunu bildirir və onun öldürülməsini tələb edirlər. Edam günü Yavuz Cemalın silahdaşlarından biri əsgərlərə güllələmə əmri verir. Ancaq əsgərlər komandirlərinə böyük hörmət bəslədiklərindən, tətiyi çəkmirlər. Əmr yenə təkrar olunur: “Əsgər, atəş!”. Əsgərlər isə əllərini belə tərpətmirlər. Sonda Yavuz Cemal əsgərləri səsləyir: “Əsgər, hazır ol!”. Nə edəcəyini bilmədən təəccüb içində çaş-baş qalan əsgərlər bu səsi eşidən kimi nişan alma vəziyyətini alırlar. Yavuz Cemalın əmri onları “ayıldır”. Yavuz Cemal əsgərlərin hazır vəziyyətdə olduqlarını görüb gülümsəyə-gülümsəyə öz ölümünə fərman verir: “Atəş!!!”.

Vətən sevgisi bütün sevgilərin fövqündə dayanır. Qurban Səidin “Əli və Nino” əsərində deyilir: “Kişi Vətəni və müharibəni sevər”. Mübariz İbrahimov ölümün gözünün içinə dik baxmaqla Yavuz Cemalı xatırladır. Ölümü heçə saymaq və onun gəlişini gülə-gülə qarşılamaq qəhrəmanlığın ən böyük nümunəsidir.

Bilmirəm, nə dərəcədə düzgündür, ancaq mənə elə gəlir ki, Vətən insanın darıxdığı yerdən, bir əsgərin anasına yazdığı məktubundan başlayır. Mübariz İbrahimov ölümü ilə anasına yazılmayan bir məktub yolladı: “Ana cənnətdə qovuşarıq…Vətən üçün ölümü seçdim”.

Artıq onun darıxdığı yer yoxdur, amma onun üçün darıxanlar çoxdur. Bundan sonra Mübariz İbrahimovu məzarlıqda yox, insanlarımızın ürəklərində axtarmaq lazımdır. Çünki əsl vicdanlı qərarı elə məhz ürəklər verir.

Mübariz İbrahimovun simasında bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm!

Qəbrin nurla dolsun, Vətən sevməyin ustası!

Oğuz

İran rəsmilərinin qəzaya uğradığı helikopteri "Akınçı" tapdı – VİDEO

Xəbər xətti

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:26 20.05.2024
Məhəmməd Məhərrəmli yüksək vəzifəyə TƏYİN OLUNDU
11:25 20.05.2024
İranı bundan sonra nə gözləyir? - GİZLİ MƏQAMLAR
11:20 20.05.2024
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
11:15 20.05.2024
İranda milli matəm elan olundu
11:12 20.05.2024
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
11:05 20.05.2024
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
10:58 20.05.2024
Prezident və İran XİN rəhbəri Rusiyada əsl dost kimi tanınıb - Lavrov
10:54 20.05.2024
Rusiyada sanksiyalardan sonra insanlar “bit” bazarlarına gedir
Rusiyada sanksiyalardan sonra insanlar “bit” bazarlarına gedir
10:45 20.05.2024
Ceyhun Bayramov: “Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı”
10:42 20.05.2024
Şarl Mişel İrana başsağlığı verdi
10:40 20.05.2024
Rəsmi Bakı İrana başsağlığı verdi
10:35 20.05.2024
İran rəsmilərinin qəzaya uğradığı helikopteri "Akınçı" tapdı – VİDEO
10:25 20.05.2024
Helikopterin qəzaya düşdüyü yerdə SON VƏZİYYƏT – FOTO
10:20 20.05.2024
Pakistan Rəisinin ölümü ilə bağlı matəm elan etdi - FOTO
10:15 20.05.2024
İlham Əliyev Seyid Əli Xameneyiyə başsağlığı verdi
10:09 20.05.2024
Helikopterin qəzasında ölənlərin dəqiq sayı AÇIQLANDI
10:05 20.05.2024
Dünya qütbləşməyə doğru gedir? - Ərəb Ekspertin Şərhində
10:00 20.05.2024
Həlak olanların nəşləri Təbrizə APARILIR
09:52 20.05.2024
İran hökuməti fövqəladə iclas keçirir
09:48 20.05.2024
Qərb Rusiyanın 30 milyardlıq aktivini Ukraynaya göndərəcək
Qərb Rusiyanın 30 milyardlıq aktivini Ukraynaya göndərəcək
09:41 20.05.2024
Tehran Fond Birjası fəaliyyətini DAYANDIRDI
09:40 20.05.2024
İranın vitse-prezidentindən paylaşım: "Biz Allaha məxsusuq" - FOTO
09:35 20.05.2024
Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR
09:26 20.05.2024
Hökumət kollegiyasının növbədənkənar iclasında prezidentin BOŞ KRESLOSU - FOTO
Hökumət kollegiyasının növbədənkənar iclasında prezidentin BOŞ KRESLOSU - FOTO
09:15 20.05.2024
İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir
09:07 20.05.2024
Bakıda bu gün 21 dərəcə isti olacaq
09:00 20.05.2024
Prezident və helikopterin bütün sərnişinləri həlak olub - İranın Qırmızı Aypara Cəmiyyəti
08:30 20.05.2024
İbrahim Rəisi bu gün Ermənistana gedəcəkmiş
00:12 20.05.2024
Azərbaycan voleybol millisi ikinci dəfə məğlub oldu
23:44 19.05.2024
Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
23:02 19.05.2024
Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir
22:34 19.05.2024
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
22:00 19.05.2024
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
21:21 19.05.2024
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
21:00 19.05.2024
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
20:35 19.05.2024
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Hamısı