Rusiya-Azərbaycan münasibətlərində nə baş verir?

Analitika 11:36 12.04.2017
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi Azərbaycanın siyasi və ekspert dairələrində ən çox müzakirə olunan məsələdir. Doğrudur, aprelin 11-də keçirilməli olan məhkəmə təxirə salındı. Ancaq problem aktuallığını qoruyur. Nədən Moskva qəfildən Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etmək istəyir? Axı bu cür addım Bakı-Moskva münasibətlərini soyuda bilər.
 
Məsələ burasındadır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi rəsmi Bakının önəm verdiyi lobbi təşkilatlarındandır. Bu təşkilat 2001-ci ildə Moskvada Azərbaycan və Rusiya prezidentlərinin birgə iştirakı ilə təsis olunub. Təşkilatda Rusiyada yaşayan məşhur azərbaycanlılar yer alıblar. İçərilərində biznesmenlərdən tutmuş xalq rəssamlarına qədər şəxslər var.
Moskvanın Ümumrusiya Azərbaycanlıları Konqresinə qarşı hazırki siyasətinin arxasında bir neçə faktor dayana bilər.
 
Birincisi, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsi Moskvanın rusiyalı blogger Aleksandr Lapşinin Belarusda həbs olunaraq Azərbaycana ekstradisiya olunmasına cavab addımı ola bilər. Lapşin qeyri-qanuni Dağlıq Qarabağa səfər etdikdən sonra başqa pasportla qeyri-qanuni olaraq Azərbaycana da daxil olmuşdu. Halbuki, Dağlıq Qarabağa səfər etdiyinə görə onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına salınmışdı.
 
İkincisi, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsi Azərbaycanın reallaşdırdığı enerji layihələri ilə əlaqəli ola bilər. Moskva TAP və TANAP layihələrinə açıq etiraz etməsə də, Kreml Azərbaycan qazının Rusiya qazından əvvəl cənub marşrutu ilə Avropaya çatdırılmasından narahatdır. Bəzi siyasi ekspertlər İtaliyada TAP boru xəttinin inşatının ləngiməsini Rusiyanın təsir imkanları ilə əlaqələndirirlər. Avropa bu boru xətti ilə gələcəkdə yalnız Azərbaycan qazını deyil, digər ölkələrin də qazını əldə etmək istəyir. Moskvanı bu faktor da ciddi narahat edir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin sədrliyi ilə aprelin 11-də keçirilən hökumətin iclasında dövlət başçısı belə bir ifadə işlətdi: “Cənub Qaz Dəhlizinin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük”. İlham Əliyev 10 il əvvəl deyərkən Bakı-Tiflis-Ceyhan boru xəttini nəzərdə tutur. Bu boru xəttinə qarşı çıxan əsas qüvvələr Moskvada idi.
 
Üçüncüsü, Ümumrusiya Azərbaycanlıları Təşkilatının qeydiyyatını ləğvini gündəmə gətirilməsini Azərbaycanda gələcək prezident seçkisi ilə əlaqələndirənlər də var. Azərbaycanda növbəti prezident seçkisi 2018-ci ildə keçiriləcək. 2013-cü ilin prezident seçkisinə yaxın Moskvada azərbaycanlılardan formalaşan “milyarderlər ittifaqı” ortaya çıxdı. O zaman rəsmi Bakı bu ittifaqdan narazı qaldı. Belə bir ehtimal var idi ki, “milyarderlər ittifaqı” seçkidə müxalifət namizədini dəstəkləyəcək. Ancaq prezident seçkisinə bir ay qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və İlham Əliyevə dəstəyini göstərdi. Buna baxmayaraq, Moskva əvvəlki ssenarisinə qaylda bilər. Yəni növbəti prezident seçkisi ərəfəsində Kreml Bakıya təzyiqi artıra bilər. Məqsəd Azərbaycan hakimiyyətindən istədiyini əldə etməkdir.
 
Bu arada, Rusiyadan Azərbaycana səfərlərin sayı da artıb. İlham Əliyev aprelin 10-da Bakıdakı iqamətgahında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul etdi. Görüşdə iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar tərəfləri müzakirə olundu. Bu görüşdə Nikolay Patruşev maraqlı fikir söylədi. O dedi ki, əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: “Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”.
 
Patruşevdən bir gün əvvəl isə İlham Əliyev Rusiyanın məşhur televiziya jurnalisti və Rusiyanın dövlət televiziya kanalında əsas talk show aparıcısı Vladimir Solovyovu qəbul etdi. Solovyov ilk dəfədir Bakıda gəlib. O Azərbaycan və Türkiyəni sevmir, proqramlarında qatı anti-türkçü kimi çıxış edir və Ermənistanın, o cümlədən Dağlıq Qarabağ separatçılarının mövqeyini dəsətkləyir. Bu mənada Solovyovun Bakıya gəlişi xeyli suallar yaratdı. Həm də Solovyov qeyri-qanuni olaraq Dağlıq Qarabağda olub. Belə şəxslər isə Azərbaycan XİN-nin qara siyahısına salınır və üzr istənilmədən Azərbaycan ərazisinə buraxılmır. Vladimir Solovyov isə Bakıdan Moskvaya qayıtdıqdan sonra Dağlıq Qarabağa səfərlərinə görə heç kimdən üzr istəmədiyini dedi.
 
Görünür, rəsmi Bakı Vladimir Solovyovu Bakıya dəvət edib prezidentlə görüşdürməklə onun Azərbaycan əleyhinə çıxışlarını neytrallaşdırmaq istəyir. Yəni Bakıya gəlib Azərbaycan prezidenti ilə görüşən şəxs bundan sonra Azərbaycan əleyhinə danışmamalı, Dağlıq Qarabağ mövzusunda balanslı mövqe nümayiş etdirməlidir. Bunun məhz belə olacağını Solovyovun talk show proqramlarındakı gələcək verilişlərindəki çıxışları göstərəcək. Məsələn Rusiyanın əsas millətçi siyasətçisi Vladimir Jirinovski də ötən il Bakıya dəvət olunmuşdu. O, Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan əleyhinə danışmır.
 
“Atlas” Araşdırmalar Mərkəzi
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı