Azərbaycan özbək jurnalistin gözü ilə 1-ci hissə

Analitika 14:48 04.08.2017

Özbəkistanın tanınmış telejurnalisti, “Turizm barədə hər şey” müəllif proqramının aparıcısı Elmira Tuxvatullina Azərbaycanda olub.

Özbək aparıcı təəssüratlarını öz facebook səhifəsində bölüşüb.

Qeyd edək ki, yazıçı və jurnalistlərdən ibarət nümayəndə heyətinin səfəri Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyilə həyata keçirilib.

Eurasia Diary həmin mətni sizə olduğu kimi təqdim edir.

Mən Bakıda əvvəl olmamışdım.

Ancaq çoxdandır ki, onunla görüşmək istəyirdim.

Və media turunun heyətilə bura gəldim!

Heydər Əliyev adına hava limanından çıxan kimi təmiz havanı hiss etmək olurdu.

Dəniz, Xəzər dənizi yaxınlıqdadır!

Dənizkənarı şəhəri mən neftlə qarışıq göyümtül –mavi tonlarda təsvir edirdim.

Biz hava limanından bizi qarşılayacaq tərəfə- Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisinə çatana kimi neftə aid heç nə ilə rastlaşmadıq. Yol qırağında yerli qumdaşı ilə üzlənmiş binalar, evlər vardı.

Bakı açıq qəhvəyi rəngdə idi.

Amma açıq qəhvəyinin də müxtəlif tonları var.

Bakı – gözə xoş gələn onlarla çalarları olan şəhərdir: Darçın, şokolad, karamel, qoz,  şabalıd, oxra, konyak, krem brüle, dəvə yunu, dəniz qumu ...

İnanın ki, bu rəngarənglik doğurdan da mövcuddur.

İlkin olaraq zadəgan məclisi üçün toplanmış varlı qonaqları qarşılayan səliqəli şəhər təəssüratı yaradır.

Şəhərin memarlığında bir neçə stilə  – klassika, borokko, qotika, ampir, stalinski ampir, konstuktivizm, modern, avanqard stilinin elementlərinə rast gəlinir. Lakin bu qarışıq adamda ikrah hissi yaratmır.

Əksinə Bakının köhnə ilə yeninin bu cür harmoniyasına necə nail olması maraq doğurur.

Şəhər sanki süngər olub və dünya memarlığını özünə hopdurub. Məsələn, Elmlər Akademiyasının binası Venesiya Sarayını xatırladır.

“İzmailiye” binası kimi onu da Yuzef Ploşko tikib. Sətəlcəmdən ölmüş yeganə oğlunun xatirəsinə tikdirdiyi  binanın pulunu isə neft maqnatı Musa Nağıyev verib.

Digər bina isə fransız qotikası ruhunda tikilmiş bir zamanlar neft maqnatı Murtuza Muxtarova məxsus olmuş binadır. O gənc xanımı Lizanın Venesiyada xoşuna gələn binanın eynisini bir il sonra Bakının mərkəzində tikdirərək ona hədiyyə etmişdir. İndi bura Səadət Sarayıdır.

İki milyonerin mərc əsasında tikdirdiyi Opera teatrı La Skala-nı xatırladır.

İçəri şəhərin bəzi guşələri ilk baxışdan Barsenoya bənzəyir.

Hündür göydələnlər və müasir tikililəri Dubay, Əbu- Dabini xatırladır.

Tramp qülləsi (düzdür, Amerika prezidentinin çıxışından sonra lövhəni niyəsə götürüblər) Manhettenin göydələnlərinə oxşayır.

Bu dejavyular insanı tərk etmir.

Leyla Orucova bizi məşhur Tarqovı küçəsinə axşam gəzintinə dəvət etdi. Burada həm Paris və London, Vyana və Milan və s. var. Yalnız bəzi binaların fasadları, misalçün Ədəbiyyat İnstitutunun fasadında şərq kaloriti olan Azərbaycan klassiklərinin bütöv heykəlləri qurulub.

... Keçən əsrdə baş vermiş Neft bumu, təbii olaraq şəhərin memarlığında da iz buraxıb.

Bakıda neft hesabına varlanmış sahibkarlar Avropada xoşlarına gələn tikililərin bənzərini Bakıda tikdiriblər. Rotştildlər, Nobel qardaşları- Robert və Lüdviq – özlərindən sonra dəbdəbəli imarətlər qoyub gediblər. Yerli neft kralları da onlardan geri qalmayıb.

Məsələn, milyoner və xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyev şəhərin mərkəzində 101 otaqdan ibarət dəbdəbəli ev tikdirib. O öldükdən sonra ev özəlləşdirilib. İndi ora Tarix Muzeyidir. Biz orada olduq. Hər şey olduğu kimi qorunub saxlanmışdı.

Müasir Bakını Şərqin Parisi adlandırırlar. Bu obrazlı metaforadır və şəhərin memarlığınının dəqiq təsvirin vermir.

O çoxtərəflidir. Görüntüsünə görə Qafqazın Dubayı kimidir.

Neftdən gələn pullar şəhərin xəritəsində ən yeni memarlıq ideyalarını həyata keçirməyə imkan verir.

Lakin Bakı kalorit etibarilə daha çox Avropaya bənzəyir.

Burada şərq və qərb birləşir.

İçəri Şəhər barədə danışmayacam. Bu ayrı bir əhvalatdır.

Qalanın ətrafında isə , məsələn Heydər Əliyev adına Mədəniyyət Mərkəzini, müasir Bakının ən gözəl tikililərindən birini görmək olar. Ağ rəngli binada bir dənə də olsun düz xətt yoxdur, layihə iraqlı məşhur memar Zahi Hədidindir. (təəssüf ki bu yaxınlarda o həyatdan vaxtsız getdi). Bu layihəyə görə o Londonda Dizayn Muzeyinin Qran –pri mükafatını almışdı.

Bilirsiznizmi, bu “marslı” tikilisi nəyi xatırladır?

Ətəyini külək qaldırmış Merilin Monronu!

Elədir ki var! Monronun maili kənarlı və ağ rəngli donu kimi.

Bakılılar onu Xəzərin dalğasına bənzədir.

Bəlkə də.

Bakıda ən hündür göydələnlər (190 metr) – Flame Towers. O üç binadan ibarətdir. Gündüz onlar mavi, alaqaranlıqda isə kamində yanan alov dilləri kimi qırmızı olurlar.

Bakılılar bu qüllələri “Alov qüllələri” adlandırır.

Onlara baxanda Dubaydakı Bürc-əl-Ərəb yada düşür.

Yeri gəlmişkən şəhərdə çoxlu ərəb turisti var.

Yəqin ona görə ki, 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan olunub.

Burada həm qısa geyimli qızlara, həm də qara çarşablı qadınlara rast gəlmək olur.

Bürünmüş xalça formalı muzey barədə artıq yazmışam. Bu memarlıq incisi də orijinallığı ilə seçilir və dənizkənarı bulvarın landşaftı ilə harmoniya təşkil edir.

Dənizin sahilindəki – “Avroviziya” müsabiqəsinin keçirildiyi Baku Crystal Hall-u isə yəqin ki, televizorda görmüsüz. Bu 25 min tamaşaçı tutumu olan çox gözəl mədəni-idman kompleksidir. Biz ona “Şəhidlər meydanı”ndan baxırdıq. Bu yüksəklikdən uzun Nobel küçəsi də yaxşı görünür.

Alfred Nobel heç vaxt Bakıda olmayıb, lakin burada tez bir zamanda varlanmış qardaşlarının biznesinə investisiya yatırırdı. Nobel mükafatının  təsisçisi isə  Bakı neftində aksiyaların 14 % -nə sahib idi.

Avroviziyaya hazırlıq dövründə də Bakıda yeni idman kompleksləri, otellər, restoranlar, muzey və butiklər açıldı. Onların arasında dünya memarlıq müsabiqələrində qalib olmuş binalar da var.

Bu tikinti bumu davam etməkdədir.

Sürücü Ramin bir dəfə bizi özüünün dediyi kimi “qara” şəhərə apardı. Bir zamanlar burada tüstülü zavodlar olub. İndi onların yerində yeni infrastukturu olan “ağ” şəhər salınıb.

Ağ şərti addır.

Bakının həyatında “qara” mərhələ başa çatıb.

Yəni tarix yaranır.

Təəssüf ki, çox şeyi görə bilmədik. 30 muzeydən yalnız 4-də olduq. Teatra da gedə bilmədik çünki aktyorlar məzuniyyətdə idi. Konsertlər də diqqətimizdən kənarda qaldı, yalnız “Azərbaycan muğamının şahzadəsi” Qoçaq Əsgərovun ifasından həzz ala bildik.

Lakin "Evrasia Travel" turizm agentlində dostlar qazandıq.

Oksana Moskalenko Azərbaycan barədə söhbətlər etdi və söz verdi ki, gələn dəfə bizi yeni gəzməli-görməli yerlərlə tanış edəcək.

Azərbayvana səfər etmək fikriniz olsa "Evrasia Travel"-ə müraciət etməyi məsələhət görürəm, razı qalacaqsınız.

Elə şəhərlər var ki, bir dəfə orda olanda ora bir də getmək istəyirsən. Bakı belə şəhərlərdəəndir.

Bu qonaqpərvər insanları bir də görmək istəyirsən.

Buna görə də Bakını mənə sevdirən hər kəsə təşəkür edirəm.

Bura Umud Mirzəyev, Ayaz Mirzəyev, Əflatun Amaşov, İlqar İsmayılov, Alagöz Salahova, Leyla Orucova, Zümrüd Dadaşzadə, Samir Abbasov, Günay Məmmədova... daxildir. Bu həm Qiyas və Şahin. Ramin və Ramil və Anastasiyadır...

Bilirəm ki, Facebook-da uzun postları oxumağı sevmirlər. Amma kimsə sonacan bu mətni oxusa bilsin ki, bu mənə bol sevinc bəxş edən bir şəhərə sevgi etirafımdır.

Əgər ilin fəsillərinin rəngləri ilə müqayisə etsək, Bakı mülayim payız və işıqlı baharın şəhəridir.

Binaların yumşaq açıq qəhvəyi rəngli üzləri bənövşəyi, şaftalı, kürən və qızılı tonlarla təbii həmahənglik təşkil edir.

Və  xeyirxah, qonaqpərvər və səxavətli insanların ürəkləri ilə qızınır.

Mövzu ilə bağlı digər yazılar:

http://eurasiadiary.com/az/news/society/165693-ozbekistan-numayende-heyeti-bamf-in-ofisini-ziyaret-edib

http://eurasiadiary.com/az/news/culture/171305-azerbaycan-koleydoskopu-bamf-da-qonaq-olarken

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Hamısı