“Bu, Rusiyanın Azərbaycana hərbi intervensiyasına gətirib çıxara bilər...”

Analitika 16:09 14.08.2017

ABŞ-ın “The Hill” nəşri Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blənkin məqaləsini dərc edib.

Məqalə ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilik səylərini hələ də artırmamasından və bu münaqişəni faktiki olaraq Rusiyanın öhdəsinə buraxmaqdan bəhs edir.

Amerikalı təhlilçi Minsk Qrupunun on illərdir heç bir nəticə əldə edə bilmədiyi bir vaxtda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlanması riskinin hər iki tərəfin malik olduqları silahların dağıdıcı gücü ilə bir vaxtda artmasını vurğulayır.

“Məsələn, bu yaxınlarda ermənilər rus raketləri ilə Azərbaycan müdafiə nazirinin vertolyotunu hədəf aldılar. Azərbaycan həmin raket qurğusunu (“OSA” nəzərdə tutulur.-red)  İsrail istehsalı olan raketlə vurdu. Lakin vertolyotun hədəfə alınması yox, məhz raket qurğusunun vurulması Minsk Qrupunu dəhşətə düşürdü. Əslində isə ABŞ Minsk Qrupuna heç nümayəndə də təyin etməyə tələsmir, hətta səfir səviyyəsində. Çünki bu məsələ Vaşinqtonu elə də maraqlandırmır”-Stefan Blənk yazır.

Müəllifə görə hərbi əməliyyatların başlanmasının qarşısını almaq Amerikanın maraqları üçün çox mühümdür: “Çünki Moskva təkcə münaqişə tərəflərinə yüksək dəqiqlikli silahlar vermir, eyni zamanda Azərbaycana təzyiq göstərir ki, müstəqilliyindən imtina etsin və Avrasiya İttifaqına qoşulsun. Aydındır ki, Rusiya bu münaqişəni həll etməklə deyil, idarə etməklə məşğuldur”.

ABŞ Ordu Kollecinin professoru qeyd edir ki, minlərlə insan tələfatına səbəb olacaq müharibə təhlükəsi artır, çünki hər iki tərəf yüksək dəqiqlikli silahlara malikdir. Bundan əlavə Azərbaycan Naxçıvandakı qüvvələrini gücləndirir, bu, hakim Əliyevlərin doğulduğu yerdir və Ermənistan paytaxtına ən yaxın ərazidir.

“Müharibə erməni qüvvələrinin tamamilə Rusiya ordusunun tərkibinə birləşdirilməsinə gətirib çıxarardı. Çünki Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması yaradıblar, müharibə olsa həmin qruplaşma Rusiya tərəfindən idarə olunacaq.

“Rusiyanın Ermənistanda Gümrü hərbi bazasının olması da nəzərə alınarsa müharibə Rusiyanın Ermənistanı tamamilə işğal etməsi ilə nəticələnəcək, habelə Rusiyanın Azərbaycana qarşı mümkün hərbi intervensiyasına, hətta müdaxiləsinə gətirib çıxara bilər. Və Türkiyənin Azərbaycanla münasibətlərini nəzərə alaraq bu müharibə türk müdaxiləsi ehtimalını da yaradacaq”-müəllif bildirir.

Stefan Blənk qeyd edir ki, bütün bunlar sadəcə olaraq spekulyasiya deyil. Dağlıq Qarabağda və ətrafında toqquşmalar son illər durmadan artır, lakin yeni müharibənin başlanmasının qarşısını almaq üçün heç nə edilmir. Hansı ki, bu müharibə ancaq Moskvanın xeyrinə olardı.

“Moskva dayanmadan Gürcüstan ərazilərini qəsb edir, habelə Azərbaycanı və Gürcüstanı içəridən dağıtmaq səyləri göstərir. Rusiyanın təsirləri bu ölkədəki diaspora söykənən, etnik azlıqları Bakı və Tiflis hökumətlərinin üzərinə qaldırmağa çalışan yeni siyasi partiyaların yaranmasına gətirib çıxarıb”-müəllif qeyd edib.

Stefan Blanka görə Rusiyanın Azərbaycan və Gürcüstanla bağlı məqsədləri var. Rusiya istəyir ki, Gürcüstan NATO-ya üzv olmaq planlarından əl çəksin. Azərbaycan isə Balkanlarda onunla qaz rəqabətinə girməsin.

“Beləliklə, Rusiyanın bu regionda aqressiv siyasəti başqa ölkələrdə olduğu kimi, aydındır. Və onun taktikası hər yerdə eynidir. Rusiya “dondurulmuş münaqişələr” yaradır, dövlətlərə müdaxilə edir, onlara öz suveren hüquqlarını həyata keçirib Avropaya meyllənməyə imkan vermir. Bu ölkələrin ərazilərini ələ keçirib orada “müsəqil dövlətlər” yaradır, sonra həmin “dövlətlər” Rusiyanın tərkibinə daxil olur”-amerikalı təhlilçi yazır.

Stefan Blank bildirir ki, Vaşinqton Minsk Qrupunu fəaliyyətsizliyinə dözmək əvəzinə Dağlıq Qarabağ məsələsində vasitəçiliyə başlamalıdır. Habelə ABŞ Azərbaycanın enerji resurslarının Avropaya nəqlinə birmənalı dəstəyini ifadə etməlidir. “Nəhayət biz Azərbaycanda demokratikləşməni dəstəkləmək istəyiriksə Bakının təhlükəsizlik problemlərinə ciddi yanaşmalıyıq, çünki bu, insan haqları sahəsində irəliləyişin əldə edilməsinin yeganə yoludur”-Blənk bildirir. (Virtualaz.org)

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Hamısı