İşğalçının taleyi həm də Bakıda həll olunur

Analitika 17:27 25.08.2017

Üç ölkə arasında sıxılan Ermənistan; Moskva, Ankara və Bakı arasında ortaq iş birliyi ehtimalının artması düşməni daha da təlaşlandırıb; Türkiyə ilə sərhədlərin açılması ən çox kimə lazımdır, uduşda kim olacaq; politoloqlar deyir ki...

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə gömrük razılaşması imzalamaq niyyətində olduğu barədə açıqlaması hələ də müzakirə mövzusudur. Bu açıqlama Ermənistanda hətta sevinclə qarşılandı. Erməni mətbuatı isə yazdı ki, guya Türkiyənin belə bir razılaşma imzalayacağı təqdirdə İrəvana Ankaranı sərhədləri qeyd-şərtsiz açmağa vadar etmək üçün bir şans yaranacaq.

Diqqət çəkən odur ki, Ermənistanda bağlı sərhədlərin açılmasını istəyənlər, hər halda, çoxluqdur. Bəs səbəb? İlk baxışda bu, Qarabağa görə blokadada saxlanılan işğalçı ölkənin iqtisadiyyatını xilas eləmək istəyi ilə əlaqəli görünə bilər. Ancaq başqa, heç də az önəm kəsb etməyən motivlər də yox deyil.

*****

Ondan başlayaq ki, bugünlərdə rusiyalı tanınmış tarixçi alim və analitik, Qarabağ məsələsində ədalətli mövqeyi ilə seçilən Oleq Kuznetsov mətbuata açıqlamasında maraqlı bir fikir söyləyib. Həmin fikir Rusiyanın nədən Ermənistanın zəif, asılı durumda qalmaq istəməsinin daha bir motivi barədə idi. Analitikin sözlərinə görə, Rusiya heç də “xristian” amili səbəbilə yox, başqa səbəblərdən İrəvana dəstək verir.

Onun qənaətincə, bu da odur ki, Rusiya öz iqtisadiyyatını inkişaf etdirmək, ölkədəki qara işləri görmə, üçün ucuz işçi kütləsinə böyük ehtiyacı duyur. Sitat: “Moskvanın küçələrində asfalt və daş plitələr qoymaq üçün müəyyən əmək vərdişləri Cənubi Qafqazda ermənilərdə, Mərkəzi Asiyada özbəklərdə var. Ucuz işçi qüvvəsi ilə bu işə sərf olunacaq pulu yarıbayarı azaltmaq və ya mənimsəmək mümkündür. Ona görə də Ermənistandakı iqtisadi gərginlik Moskvaya sərf edir. Çünki bunun sayəsində Rusiyaya minlərlə ucuz erməni işçi qüvvəsi gəlir. Rusiyada bu insanlar tam qul kimi yaşayırlar”.

Politoloq əmindir ki, bu ucuz işçi kütləsi Ermənistan hakimiyyəti ilə qarşılıqlı razılaşmanın bəhrəsidir. “Ermənistanı bu bataqlıqda saxlamaq və bundan öz iqtisadi-siyasi maraqları üçün istifadə etmək! Serj Sərkisyanın ”Qarabağ klanı" hakimiyyətdə olduqca, bu, belə də davam edəcək" - o əlavə edib.

Yəni qənaət hasil olur ki, Ermənistanda ağır sosial-iqtisadi durumun qalması həm də Moskvaya bu ölkədən ucuz işçi qüvvəsi kimi də gərəkdir.

*****

Image result for kreml

Bu arada Rusiyadakı sorğu mərkəzlərindən biri ölkədəki əmək miqrantları ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Musavat.com-un novostink.ru saytına istinadən verdiyi xəbərə görə, sorğu müəyyən edib ki, Rusiyadakı erməni əmək miqrantlarının 72,1%-i Rusiyada qalmağı planlaşdırır. 11,9%-i daim Rusiya ilə Ermənistan arasında gedib-gəlmək fikrindədir. 5.2%-i isə bir neçə il işlədikdən sonra Ermənistana dönmək, 3,3%-i pul qazanandan bir neçə ay sonra çıxıb getmək istədiklərini bildiriblər.

Göründüyü kimi, Ermənistanı tərk edən ermənilərin mütləq əksəriyyəti heç vaxt geri dönmək niyyətində deyil. Son illər, xüsusən də ötən ilin aprelindəki 4 günlük müharibədən sonra Ermənistandan emiqrasiya xüsusilə böyük vüsət alıb. Yerli sosioloq və demoqrafiya üzrə ekspertlərin də etiraf elədiyi kimi, bu templə bir neçə ilə ölkədə cəmi 2 milyon adam qalacaq - onun da çox hissəsini qocalar və əmək qabiliyyəti olmayanlar təşkil edəcək.

Söz yox ki, Türkiyə ilə sərhədlərin açılması ilk növbədə emiqrasiya amilinə öz təsirini göstərəcək. Ermənilər çörəkpulu qazanmaq üçün uzaq Rusiyadansa, əlverişli bazarları olan yaxın Türkiyəni tərcih edəcəklər. Bu isə Rusiya üçün həm də erməni əmək miqrantları timsalında ucuz işçi qüvvəsini xeyli dərəcədə itirmək anlamına gəlir.

Bundan əlavə, ermənilərin qardaş ölkəyə axışması Ermənistanın olan-qalan iqtisadiyyatını və əhalisinin dolanışığını bu dəfə Türkiyədən asılı duruma salacaq ki, bu da çətin ki, Kremlin cari və perspektiv maraqlarına cavab versin (indinin özündə Türkiyədə on minlərlə erməni miqrant var).

*****

Bu mənada Avrasiya İqtisadi Birliyinə üzvlüklə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması Moskvanın yaxın perspektiv maraqlarına əslində uyğun kimi görünmür. Hərçənd fərqli fikirlər də var. Məsələn, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, bu gün Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olması Rusiyaya hava-su kimi lazımdır (axar.az).

Image result for Avrasiya İqtisadi Birliyi


Onun zənnincə, Rusiya Türkiyə kimi bir dövləti Avrasiya İqtisadi Birliyinə üzv etsə, dünya ictimai rəyində NATO-nu öz tərəfinə çəkmək kimi bir fikir formalaşdıracaq: “Rusiya bununla bir güllə ilə iki dovşan vurmaq istəyir. Avrasiya İqtisadi Birliyi ideyasını yenidən gündəmə gətirir və ictimai rəydə bu birliyin perspektivləri barədə pozitiv rəy yaradır. Bununla birgə Türkiyənin NATO-dan çıxarılması məsələsinin gündəmə gələcəyini bilərək, əvvəl Avropa Birliyini parçalamağa çalışırdısa, indi NATO-ya qarşı bu fikrə düşüb. Əgər Türkiyə NATO-dan çıxarsa və ya çıxarılarsa, bu, Rusiyanın böyük zərbəsi olacaq. Bu addımla Rusiya öz yolunu təmizləyəcək. Son zamanlar NATO Rusiya sərhədinə doğru irəliləməkdədir. Xüsusilə Gürcüstanda təlimlərin keçirilməsi, daimi NATO nümayəndəliyinin açılması, Ukraynanın NATO-ya can atması onu göstərir ki, NATO Rusiya sərhədləri boyunca bərqərar olmaqdadır”.

Image result for Ərdoğan Aliyev


Politoloqa görə, Ankara bu məsələlərdə müəyyən hədəflər nəzərdə tutur: “Türkiyə Gömrük Birliyinə daxil olmaqla nəhəng Rusiya bazarına rüsumsuz məhsul idxalını çoxaltmaq, xarici ticarət dövriyyəsini daha da artırmaq kimi hədəfləri nəzərdə tutub. Amma Türkiyənin Avrasiya İqtisadi Birliyi ideyası kifayət qədər riskli ola, Ankaranın Qərb dövlətləri ilə münasibətlərini soyuda bilər. Türkiyənin Qərb dövlətləri ilə münasibətləri soyusa, kürd dövlətinin yaradılması reallaşa bilər. Ermənistan bildirir ki, Türkiyə həm Gömrük Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə qəbul olunmaq üçün Ermənistanın razılığına ehtiyac duyacaq. İrəvanda düşünürlər ki, konsensusdan istifadə edib, Türkiyənin qarşısına ağır şərtlər qoya bilərlər. Söhbət sərhədlərin açılması, Ermənistanla diplomatik münasibətlərin yaradılmasından gedir və bədnam milliyyətçi dairələr eyni zamanda Türkiyədən ”soyqırımın" tanınmasının tələb edilməsini istəyir. Türkiyənin Avrasiya Birliyinə qoşulmasından sonra çox ziddiyyətli bir vəziyyətin yaranması müzakirə mövzusudur".

*****

Image result for Karabakh osce


Lakin sərhədlərin açılması bu gün daha çox Ermənistana lazımdır. Ən azından, “Azərbaycana silah satan vəfasız” Rusiyadan əzici və təhqiramiz asılılığı azaltmaq zərurəti bunu diktə edir. Türkiyənin Avrasiya Birliyi ilə bağlı hədəflərinə gəlincə, Ankara bu hədəflərlə bağlı Azərbaycanın maraqlarını da mütləq ciddiyə alacaq. Ötən saylarımızda da vurğuladığımız kimi, Bakı ilə anlaşma olmadan qardaş ölkə belə taleyüklü addımlara qərar verməz. Bu, istisnadır. Yəni Ermənistan enində-sonunda yenə Azərbaycan faktoru ilə üzləşməli olacaq.

Beləcə, üç paytaxt (Ankara, Moskva, Bakı) arasında sıxılan İrəvan öz oyununu oynamağa çalışsa da, manevr imkanlarının məhdudluğundan yenə həmin paytaxtların verəcəyi ortaq qərarlardan asılı durumda qalmaqdadır. Bu isə o deməkdir ki, işğalçı ölkənin taleyi həm də Bakıda həll olunur. (musavat.com)

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Hamısı