Beynəlxalq Əməkdaşlıqda prioritet məsələlər

Analitika 10:58 30.08.2017

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli  Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Belə ki, ölkə başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün davamlı olaraq dövlət büdcəsindən maliyyə vəsaiti ayrıldı. Bununla QHT-hökumət münasibətləri yeni müstəviyə qədəm qoymuş oldu və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün ictimai sektorun bütün potensialının səfərbər olunması baxımından yeni imkanlar yarandı. Bütün bu müddəalara, xüsusilə Konsepsiyada və Şuranın əsasnaməsində təsbit edilmiş dövlət dəstəyinin əsas prinsip və formalarına uyğun olaraq, hər il olduğu kimi 2016-cı ildə də qeyri-hökumət təşkilatlarının ən müxtəlif təşəbbüsləri dəstəklənmiş və uğurlu nəticələr əldə olunmuşdur. Effektiv nəticələr əldə olunması üçün Şura Katibliyində layihələrə nəzarət mexanizmi qurulmuşdur. Maliyyələşdirilən bütün layihələr monitorinq olunur.  Monitorinqlərlə yanaşı, layihə idarəetməsində QHT-lərə tərəfimizdən çoxsaylı konsultativ və praktik yardımlar göstərilir. Monitorinqlər zamanı aşkarlanan problemlər əsasən maliyyə vəsaitinin düzgün idarə olunması, sənədləşmənin qanunauyğun aparılması, layihə sənədlərinin düzgün tərtib olunması, layihənin icra planına vaxtında əməl olunması, kargüzarlıq işlərinin düzgün aparılması və KİV-lə işin zəif təşkili ilə əlaqədar olur. Təbii ki, bu kimi çatışmazlıqların aradan qaldırlması üçün tərəfimizdən müvafiq addımlar atılır. QHT-lərə dövlət dəstəyinin prioritet sahələrindən  biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək istiqamətidir. Belə ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsində, Azərbaycanın ədalətli möyqeyinin dünyaya çatdırılmasında və digər ümummilli məsələlərdə QHT-lərin rolunun artırılması vacib amillərdən hesab olunur.  Dünyada ikili standartların mövcud olduğu hazırkı dövrdə dövlətimiz ümummilli maraqlarımızın qorunmasında Milli QHT-lərin potensialından da səmərəli şəkildə istifadə etməyə çalışır. Bu mənada Şura dövlət-QHT münasibətlərində körpü rolunu oynayır.  2016-cı ildə Şura QHT layihələrinin maliyyələşdirilməsinə ayırdığı ümumi vəsaitin 9%-ni məhz  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, xalqımızın mədəniyyətinin tanıdılması, lobbiçilik fəaliyyətinin gücləndirilməsi həmçinin ölkə daxilində vətənpərvərlik mövzusunda müxtəlif təşəbbüslərin dəstəklənməsi istiqamətinə həsr etmişdir.

Şura  2016-cı ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 46 layihə maliyyələşdirmişdir. Ümumilikdə maliyyələşən 46 layihəyə 417 000 manat vəsait ayrılmışdır. 2015-ci ildə sözügedən istiqamətdə 38 layihə müsbət qiymətləndirilmiş və ümumilikdə 441 000 manat vəsait ayrılmışdır. Statistik rəqəmlərdən də göründüyü kimi 2015-ci illə müqayisədə daha az maliyyə vəsaiti xərclənməsinə baxmayaraq maliyyələşən layihə təkliflərinin sayı artırılmışdır. Layihə təkliflərinin cox olması isə daha cox  təşəbbüsün reallaşdırılması imkanı deməkdir. Həmçinin 2016-cı ildə əvvəlki ilə nisbətən icra olunan layihələrin əhatə dairəsi də genişləndirilmişdir. Belə ki, 2015-ci ildə layihələr Avropanın 18 ölkəsini əhatə etməsinə baxmayaraq  2016-cı ildə  bu rəqəm artırılaraq 25-ə çatdırılmışdır. Maliyyələşdirilmiş layihələr əsasən xaricdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın  beynəlxalq arenada tanıdılması, mədəniyyətimizin təbliği, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, ölkə daxilində isə azərbaycançılıq ideyalarının təşviqi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmişdir. Bütövlükdə layihələrin mövzusunu əsasən seminarlar, təlimlər, araşdırma və sorğular, saytların qurulması və mövcud saytlarda xidmətlərin artırılması, yürüş mitinqlərinin təşkili, film və sosial çarxların hazırlanması, yarışlar, teledebatlar, sərgilər,  təbliğat üçün çap materiallarının hazırlanması və sosial şəbəkələrdə görülən işlər təşkil etmişdir. 

Məlumat üçün qeyd etmək olar ki, icra olunan layihələr çərçivəsində müxtəlif formatda çap materialları və digər təbliğat vasitələri  hazırlanmışdır. Belə ki, ümumilikdə sözügedən istiqamət üzrə 11 kitab,16 buklet, 7 broşür, 2 jurnal çap olunub, 2 sayt, 6 film istehsal olunub.

Xaricdə icra olunan layihələr Avropanın Macarıstan, Belçika, Hollandiya, Rumıniya, Serbiya, Almaniya, İngiltərə, Bolqarıstan, Gürcüstan, Türkiyə, İsveç, Lüksemburq, Danimarka, Norveç kimi ölkələrini əhatə etmişdir.

Ölkə daxilində isə layihələr  Bakıda və müxtəlif rayonlarda ( Astara, Quba, Qusar, Qəbələ, Bərdə,  Fizuli, Yevlax, Qobustan ,Şirvan, Gəncə, Mingəçevir, Qazax, Beyləqan, İmişli, Göyçay,  Şəki, Qax, Zaqatala və s.)  icra olunmuşdur.

Qeyd olunan məsələləri özündə ehtiva edən mövzular üzrə əsas nəticələr aşağıdakılardan ibarət olmuşdur:

Beynəlxalq əməkdaşlıq məsələləri istiqaməti üzrə maliyyələşən layihələrin əsas nəticələrini haqqında qısa məlumat vermək istyirəm:

·   Şura tərəfindən bu istiqamət üzrə 17 layihəyə 189,000 manat maliyyə vəsaiti ayrılıb.

·   Layihələrin mövzusu əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın beynəlxalq arenada tanıdılmasına həsr olunub.

·  Avropanın 20 ölkəsində  müxtəlif formatlı 25 tədbirlər təşkil olunub. Belə ki, Danimarkanın paytaxtı Kopenhagen şəhərində, eyni adlı universitetdə Azərbaycan Milli Mədəniyyətinin təbliğinə həsr edilmiş və Qarabağ münaqişəsi ilə bağlı sərgi təşkil edilmiş, həmçinin həmin universitetdə əcnəbi tələbələrlə “Azərbaycan haqqında nə bilirsən?” adlı sorğu,müsahibə keçirilmiş , sorğuya qatılan tələbələrə Azərbaycanla bağlı kitablar, bukletlər və digər təbliğat vasitələri  təqdim olunmuşdur.

     “İrəvan məscidlərinin faciəsi” adlı sənədli film hazırlanaraq  Macarıstan, Rusiya, Ukraynada təqdimat mərasimləri təşkil edilib. Film rus və inglis dillərinə tərcümə olunub.

·   İcra olunmuş layihələrdə ümumilikdə 65 nəfər çalışıb, keçirilən tədbirlərdə 5000-dən artıq insan iştirak edib.

·   Layihələrin nəticəsi olaraq  4 müxtəlif adda kitab, 4 adda broşür,  3 adda buklet çap olunaraq əsasən tədbirlərdə iştirakçılara paylanılıb. Nəşrlərin digər hissəsi həm Avropa həm də ölkə kitabxanalarına təqdim olunub.

·   Həmçinin 5 müxtəlif film və 1 sayt hazırlanıb. Filmlərdə İrəvanın  Azərbaycan torpağı olması bir daha tarixi faktlarla sübut edilib, eləcə də ermənilərin XX əsrdə azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlər və onun fəsadları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xocalı soyqırımının 25 illiyi ilə bağlı tədbir və aksiyaların keçirilməsi istiqaməti üzrə maliyyələşən layihələrin əsas nəticələri:

·  Şura tərəfindən bu istiqamət üzrə 5 layihəyə 60,000 manat maliyyə vəsaiti ayrılıb. İstiqamətin adından göründüyü kimi layihələr Xocalı soyqırımının tanıdılmasına həsr olunub. Layihələrin mövzusu seminarlar, dəyirmi masalar, sərgilər, konfranslar, yürüş mitinqlərindən ibarət olub.  Benefisiarlar əsasən xarici ölkə vətəndaşları olub.

·  Tədbirlər Avropanın 5 ölkəsində (Belçika,  Almaniya, Rumıniya, Serbiya və Hollandiya) və Azərbaycanda təşkil olunub. Ümumilikdə keçirilən müxtəlif formatlı 9 tədbirə 1000 nəfərdən artıq iştirakçı cəlb olunub.

·  Layihələr çərçivəsində 1 adda kitab, 2 müxtəlif adda buklet çap olunub.

·  Bakıda və İngiltərənin London universitetinin Asiya və Afrika tədqiqatlar Mərkəzində   “Humanitar Tədqiqatlar” İctimai Birliyi  tərəfindən layihə çərçivəsində hazırlanmış və məcburi köçkünlərə və xocalı soyqırımına həsr olunmuş “Uzun yollar” sənədli filminin təqdimat mərasimləri keçirilib.

·  Belçikanın Gent şəhərində Xocalı soyqırımına həsr olunmuş fotosərgi, Belçikada fəaliyyət göstərən Türk diasporları və media qurumlarının iştirakı ilə anım toplantısı və Avropa Komissiyasının önündə təxminən 200 nəfərin iştirakı ilə yürüş-mitinq keçirilib.

·  “Xocalısız 25 il “ beynəlxalq konfransın keçirilməsi  adlı layihə çərçivəsində Rumıniya və Serbiyada konfranslar təşkil edilmiş və Qarabağ həqiqətləri, Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Layihə çərçivəsində həmçinin “Böyüməyən uşaqlar” adlı kitab çap edilmiş  və tədbir iştirakçılarına paylanılıb.

·  “Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Almaniyanın Maysn şəhərində mədəniyyət günü adı altında tədbir keçirilmiş və Xocalı soyqırımına aid materiallar paylanılmışdır. Qeyd olunan tədbirdə ümumilikdə 160 nəfər iştirak etmişdir. Layihə çərçivəsində Xocalı soyqırımını əks etdirən arxiv materialları və həmin materiallar əsasında hazırlanmış disklər Almaniyanın Frankfurt və Mayns şəhərlərində olan bir neçə kitabxanaya verilmişdir. Layihə haqqında ölkə mətbuatında geniş informasiya verilmişdir.  Soyqırımın anım ərəfəsində Bakı şəhərində də geniş tədbir keçirilmişdir.

·   Xocalı soyqırımında şəhid olan 63 azyaşlı uşağın xatirəsini əbədiləşdirmək eləcə də soyqırımın daha çox ölkədə tanıdılması üçün “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli film hazırlanaraq Almaniya, Niderlandda o cümlədən ölkəmizdə təqdimatı təşkil olunub. Hazırlanan materiallar dünya ictimaiyyətinin xüsusən Avropa ictimaiyyətinin diqqətinə çatdırılıb.

Azərbaycançılıq ideyasının təşviqinə dair təşəbbüslər istiqaməti üzrə maliyyələşən layihələrin əsas nəticələri:

·  Şura tərəfindən bu istiqamət üzrə 23 layihəyə 181,000 manat maliyyə vəsaiti ayrılıb.

·  Layihələr Bakıda və ölkənin 27 rayonunda icra olunub. Mövzular azərbaycançılıq ideyalarının təşviqinə və vətənpərvərliyin təbliğinə həsr olunub.

·  Ümumilikdə 113 tədbir təşkil olunub.74 nəfər layihələrin icrasına cəlb olunub, keçirilən tədbirlərdə və digər görülən işlərdən 6000-dən artıq insan birbaşa faydalanıb.

·  Görülən işlərin nəticəsi olaraq azərbaycançılıq ideyalarını təbliğ edən müxtəlif adlı 6 kitab, 3 broşür, 11 buklet və 1 sayt hazırlanıb. Nəşr olunan materiallar həm tədbir iştirakçılarına həm də yerli kitabxanalara paylanılıb. Görülən işlər əsasən gənc nəslin maariflənməsinə xidmət edib.

Şura tərəfindən elan edilmiş  2017-cı il maliyyə yardımı müsabiqəsində də beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş müxtəlif mövzular daxil edilmişdir. Həmin mövzular üzrə ən əhəmiyyətli 10-larla QHT təşəbbüsü dəstəklənmişdir. Ümumiyyətlə Şura hər zaman demək olar ki, elan etdiyi bütün müsabiqələrdə beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi yer ayırır.

QHT-lərin Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlər haqq səsisimizin dünyaya çatdırılmasında mühüm rol oynayır. İnanıram ki, dövlətimizin, cənab prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində QHT-lərin bu istiqamətdə olan fəaliyyətində dinamizm daha da artacaq və Azərbaycanın beynəlxalq birliyin subyekti kimi nüfuzu yüksəlməkdə davam edəcək.

 

Fərid Qəhrəmanov

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Hamısı