Sadiq dostlar mehriban düşmənlərə çevrilir ?! İrəvanda Kremllə bağlı artan narazılıqlar

Analitika 17:56 09.04.2016

Aprelin ilk həftəsində cəbhədə Ermənistan-Azərbaycan arasında gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində qarşı tərəfin  mövqelərinə ağır zərbələr  vuruldu. Bununla da Azərbaycan dünyanın gözündə yaratdığı məğlub ölkə stereotipini dağıtmış oldu.  

Azərbaycan ordusunun  4 günlük əməliyyatda istifadə etdiyi hərbi texnika da Ermənistanı çox narahat etdi. Hətta rəsmi İrəvan ilk dəfə Rusiyanın Azərbaycana silah satmasına narazılığını bildirdi. Ermənistanın bu aqressiv mövqeyi  Rusiyanın  baş naziri Medvedevin Ermənistanda prezident Serj Sarkisyanla görüşündə də özünü büruzə verdi.

Ermənistanda  iki dövlət rəsmisinin görüşü baş tutan  məkanda təkcə erməni bayrağı  qoyulmuşdu.

Sözsüz bu, siyasi etika qaydalarına zidd və iki ölkə arasındakı protokol qaydalarının pozulmasıdır və sanki Ermənistan belə bir davranışla Rusiyaya öz iradını və narazılığını çatdırır. Bu xoşagəlməz jestlə  kifayətlənməyən Ermənistan dövlət başçısı Rusiyanın baş nazirinə Belarus və Qazaxıstanı  da şikayət edib. Məlumdur ki, Belarus və Qazaxıstan, Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycan tərəfinin mövqeyini tutub. Qazaxıstan və Belarus rəhbərliyi cəbhədəki vəziyyəti əsas gətirərək İrəvanda Avrasiya İqtisadi İttifaqının tədbirinin keçirilməsinə qarşı olduğunu açıqlayıb və bu iki dövlətin nümayəndələri  İrəvana gəlməkdən imtina ediblər. Sarkisyan isə həmin dövlətlərin bu addımla Azərbaycana dəstək olduğunu və Ermənistanın da üzvü olduğu birliyin nüfuzuna  ciddi zərbə vurduğunu iddia edib.   

Digər tərəfdən, Ermənistan həm də Rusiyanın Azərbaycana silah satmasına qarşıdır. Xatırladaq ki, Serj Sarkisyan bu barədə Almaniya Kansleri Angela Merkellə görüşündə də çıxış etmişdi. O vaxt Sarkisyan, Rusiyanı Almaniyaya şikayət etmişdi: “Rusiyanın  Azərbaycana satdığı silahlarla Azərbaycan ordusu Ermənistan ordusunun mövqelərini atəşə tutur”.

Görünür, ümumiyyətlə Ermənistan ictimaiyyəti də bu vəziyyətdən narazıdır. Belə olmasaydı, İrəvandakı Rusiya səfirliyi qarşısında Rusiyanın bayrağının  yandırılmasına cəhd edilməzdi.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi  Artsrun Ovanisyan da son günlərdə cəbhədə baş verən gərginlikdən sonra Rusiya ilə Azərbaycan arasında silah satışının davam etdirilməsini əxlaqsızlıq kimi qeyd edib.

Rusiya isə Ermənistan hökumətinin silahla bağlı narazılığına ciddi şəkildə cavab verib. Aprelin 8-də Bakıda rəsmi səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bəyan edib ki, Azərbaycanla Rusiya arasında silah satışı  mövcud müqavilələrə uyğun həyata keçiriləcək: “Rusiya hər iki ölkənin strateji tərəfdaşıdır”.

D.Roqozin bununla da Ermənistan prezidentinin iradlarına tutarlı cavab vermiş olub.

Qeyd edək ki, 2015-ci ilin əvvəllərindən Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə  Rusiyanın“Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.

Bir müddət əvvəl Rusiya Ermənistana silah alması üçün 200 milyon dollar kredit ayırıb. Kredit üç illik güzəşt dövrü və illik 3 faiz dərəcəsi ilə növbəti 13 il müddətinə ödənilməlidir. Vəsait 2015-2017-ci illər dövründə güzəştlə Rusiya silahlarının alınmasına sərf olunacaq. Azərbaycan tərəfi isə kreditin ayrılmasına görə Rusiyaya etirazı notası bildirmişdi. 

Həmin vaxt Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan Rusiyanın tərəfdaşıdır: “Müqavilə şərtlərinə uyğun olaraq silah satışı davam etdiriləcək”.

Son günlərdə baş verənlər Ermənistanda şəxsi maraqları dərketmə, müttəfiq və düşmənlərin yenidən qiymətləndirilməsi prosesini daha da gücləndirdi.

Ermənistanın “Lragir” nəşrinin jurnalisti Naira Ayrumyan Dağlıq Qarabağda son günlər baş verən hərbi əməliyyatlar və prosesin siyasi nəticələrindən bəhs edən “Ermənistanda antirusiya əhval-ruhiyyəsi” adlı yazısında qeyd edib ki, Rusiyanın Ermənistanı həmişə müdafiə etməsi üçün Ermənistan Rusiyanın qoyduğu bütün tələbləri yerinə yetirib. Amma Rusiya vədlərinə naxələf çıxaraq Ermənistanı müdafiə etmir.

Ermənistan suverenliyindən imtina edərək, türk dövlətləri ilə eyni hərbi bloka daxil olmayıb. Bütün bunlar ona görə edilib ki, təhlükə zamanı Rusiya Ermənistanı müdafiə etsin.

Məqaladə deyilir: “O vaxtlar çox insan xəbərdarlıq edirdi ki, 1921-ci il Moskva müqaviləsi ilə Türkiyə və Ermənistan arasında sədd çəkən Rusiya, Ermənistanın müdafiəçisi ola bilməz.

Bizə xəbərdarlıq etmişdilər ki, Rusiya Azərbaycana raketlər satır, ancaq Ermənistana raket əleyhinə vasitələr satmır, bu üzdən Rusiya Ermənistanın təhlükəsizliyinin müdafiəçisi ola bilməz. Lakin Rusiya bazarlarında alver edən bir çox erməni buna inanmaq istəmirdi.

Ancaq indi hər kəs öz gözü ilə gördü ki, “erməni torpağı” Rusiya istehsalı raketlərlə vurulur. Yüksək texnologiyalı silahı Ermənistandakı bazalarında saxlayan Rusiya isə susur”.

“Eurasia Diary” portalına məsələni şərh edən politoloq Rasim Musabəyovun sözlərinə görə, son günlər  Ermənistan və Rusiya arasında baş verən proseslər iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək: “Buna baxmayaraq, Ermənistan Rusiyanın əlaltısıdır və onun çıxış yolu yoxdur. Çünki  Rusiyasız Ermənistan yox kimidir.

Ermənistan rəsmilərinin hamıdan kömək ummaq ənənəvi peşəsidir. Məlum məsələdir ki, Ermənistan Rusiyadan asılıdır. Onun bütün maliyyəsi, silahı, siyasi və hərbi təhlükəsizliyini Rusiya təmin edir. Ermənistan Rusiyaya boyun əyməyə məcburdur”.

Vüsalə Əlövsətqızı


Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Hamısı