"Ərdoğanın “Bir gecə gözlənilmədən gələ bilərik” sözlərini ən yaxşı Bərzani anladı!" Böyük oyunun gizlinləri

Analitika 10:04 28.09.2017

Batuhan Yaşar,

"Türkiye gazetesi" yazarı

Məsud Bərzani atası Molla Mustafa Bərzaninin xəyalını gerçəkləşdirdi. Bərzaniyə mikrofonlar önündə "referendum keçirmə”, qulağına isə "keçir, bitir bu işi, adını kürd tarixinə yazdır” dedilər. "Elə oldu, belə oldu” deməyə ehtiyac yoxdur. Artıq həm Türkiyə, həm də region yeni bir durumla qarşı-qarşıyadır. İttifaqların belə üç aylıq müddətlərlə 180 dərəcə dəyişdirildiyi bir coğrafiya yaradıldı. "Böl-parçala-idarə et” anlayışı hakim oldu. Vaxt itirilmədən, "Management of partition”, yəni bölünmənin idarə və təşkil edilməsi işinə girişildi…

Türkiyə nə edəcək, hansı addımları atacaq?

Mənbələrimizdən yeni məlumatlar əldə etmişik. "Yol xəritəsi” dəqiqləşmiş durumdadır. Ankara şənbə günü TBMM-i fövqəladə iclasa toplayaraq, qərarı alıb və cibinə qoyub. Məclis öncəki qərardan fərqli olaraq, bu qərarında etnik təməlli separatçı təşəbbüslərə və qeyri-legitim hərəkətlərə qarşı "Kimsənin gözünün yaşına baxmaram” deyib. Əslində, "gözüm Kərkükün üzərindədir” mesajı verilib…

Kərkük demişkən, o, bizim üçün 81 vilayətdən biri, türkmənlərin sıx yaşadığı və Iraqın neft ehtiyatlarının, hardasa yarısına sahib bir şəhərdir. 1926 və 1946-cı illərin müqavilələrinə istinad edilməsi də bu üzdəndir.

Yəqin ki, sosial mediada "Daha nəyi gözləyirik?”, "Kərkükə girək”, "Boru xəttini kəsək”, "Hava sahəsini də, sərhəddi də bağlayaq”, "Bərzaniyə gününü göstərək” və s. kimi cümlələri oxuyubsunuz. Türkiyə bunları edə bilməzmi? Təbii ki, edə bilər…

Amma nəzərə almalıyıq ki, regionda çox böyük oyunlar oynanılır. Birilərini tamamən İsrailin qucağına atmağa ehtiyac varmı?

Tələskənliyə, qabağa keçib tələyə düşməyə heç bir ehtiyacı yoxdur. Bərzani heç bir yerə qaçmır, orada durubdur.

Türkiyə son dövrdə böyük təcrübələr qazanıb. Suriyada olanlar, yaşananlar 50 deyil, sadəcə 5 il öncə olub…

Şimali İraqdakı hərbi bazalar…

"Yaxşı, bəs indi etməyəcəksə, nə zaman edəcək?”- dediyinizi də eşidirəm. Təbii ki, Türkiyə əlini-qolunu bağlayıb hadisələri film kimi seyr etməyəcək. Onsuz da seyr etmir. "Fərat qalxanı” gözümüzün önündə durur. Türkiyə həm sahədə, həm də masada olmağa davam edir.

Bu gün seyr etdiyimiz isə qlobal və regional güclərin bilək güləşidir.

Hazırda Türkiyə, İraq və İranla birlikdə nələri edə biləcəyinə, nələri edə bilməyəcəyinə baxır. Qonşuları ilə birlikdə hansı nəticələri əldə edə biləcək, hansıları edə bilməyəcək…

Əslində, Türkiyə hazırdı, həm iqtisadi, həm də hərbi planlarını cibinə qoyub gözləyir. Hər halda bunları təkbaşına da edə bilər.

Silopidəki hərbi təlimə İraq ordusunun da qatılmasının əhəmiyyətini kimsə kiçiltməsin. Bu, çox böyük hadisədir. Prezident Ərdoğanın "Bir gecə gözlənilmədən gələ bilərik” sözlərini ən yaxşı Bərzani anladı!

Onsuz da içəridəyik!

Hərbi-texniki imkanları yüksək olan Başika hərbi düşərgəsinin yerini xatırlatmağa ehtiyac varmı? Unudulmasın ki, Şimali İraqda bundan başqa, ən azı 3 hərbi bazamız da vardır. Bunların hamısında tank birlikləri də mövcuddur. Yəni, hal-hazırda Türkiyə onsuz da Şimali İraqın içərisindədir. Hava hərakatlarına, terrorla mübarizə əməliyyatlarına da ara vermədən davam edir.

Bütün bunlara baxmayaraq, CHP-dən olan millət vəkili, keçmiş diplomat Öztürk Yılmaz işin bu nöqtəyə gəlməsinə görə AKP-nin məsuliyyət daşıdığını bildirib. Diplomat mənsubiyyəti olan birinin hadisələrdən və onların inkişafından xəbərsiz olması məyusedicidir.

Türkiyə hansı işlərimi gördü?

1. İraqın sabitliyi və bölünməməsi üçün bütün region ölkələrini səfərbər etdi;

2. İraq Mərkəzi Hökumətilə əlaqələrini bərpa etdi və əvvəlki səviyyəsindən də yüksəyə qaldırdı;

3. Sünnülərin ləyaqətli bir şəkildə İraq sisteminə yenidən inteqrasiyasını və

4. Şimali İraqda PKK ilə daha yaxşı mübarizə aparmaq üçün yeni alətləri dövriyyəyə soxmağı bacardı.

10 illik kürd dövləti planı

Qlobal güclərin kürd dövləti qurma planı sirr deyil.

İlk mərhələdə məqsəd Bərzaninin Türkiyə ilə arasını pozmaq idi. Referendum da durup-dururkən ortaya çıxmadı… 

Sonrası corab söküyü kimi gələcək:

– öncə, Bərzani PKK ilə əməkdaşlığa yönləndiriləcək;

– ardından, o, ikinci plana düşürüləcək (Çünki PKK daha sadiqdir);

– birinci mərhələnin sonunda, "İraq və Suriya Kürd Dövləti” qurulmuş olacaq;

– sonda isə planın İranı və Türkiyəni yaxından maraqlandıran axırıncı mərhələsi, "İki ölkədən qopardılacaq torpaqlarla Böyük Kürdüstanın qurulması tamamlanmış olacaqdır”. 

Qlobal oyunçuların "Böyük Kürdüstan” planında bir dəyişiklik yoxdur. Türkiyə də bunu bilir. İqtisadi və hərbi baxımdan hazırlıqlarını da çoxdan görüb.

Baxın, Avropa Birliyi heç ortalıqda görünürmü? Hadisə olub-bitib, onlar yeni oyanıblar. Çünki seçkilərdə böyük səs itirən Merkel öz dərdinə qalıb… 

İndi Türkiyə həm bu böyük oyunu pozmalı, həm də öz milli təhlükəsizliyini etibarlı şəkildə təmin etməlidi. Heç bir yerə də tələsməməlidi! Suriyanın və İraqın gələcəyini qurulacaq yeni siyasi ittifaqlar müəyyən edəcək… (Strateq.az)

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Hamısı