Ermənistana silah təchizatının “örtülü bazarı” Regionda sabitliyi pozacaq Rusiyanın İrəvana təmənnasız yardımı - ANALİZ

Analitika 14:29 15.10.2017
 Dostluqda örtülü bazar olmamalıdır. Əks halda bu “bazar” həqiqətən dostluğu pozur. Azərbaycan Rusiya əlaqələrinə xələl gətirəcək bu “örtülü bazar” məhz Rusiyanın Ermənistan kimi militarist bir ölkəyə göstərdiyi hərtərəfli hərbi yardımdır. Hazırda Cənubi Qafqazda bitərəf təhlükəsizlik siyasəti yürüdən Azərbaycan  həm Rusiya və KTT, həm də ABŞ və NATO ilə tərəfdaşlıq münasibətləri saxlamağa çalışır. Təəssüf ki,  Rusiyanın, Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistana təmənnasız hərbi yardımı  regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirir. Əsasən də “qara bazar” prinsipindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi davam edir. BMT Adi Silahlar Registrinə alıcı (Ermənistan) və satıcı ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir. İqtisadi imkanları yetərsiz olan Ermənistanın  silahlanma prosesi bir neçə istiqamət üzrə inkişaf edir.  Kollektiv  Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsi ilə bu təşkilata üzv olan ölkələrdən və digər dövlətlərdən satınalmalar və erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən müxtəlif ölkələrdən silah idxalı. Amma ən əsası sözsüz ki, Rusiya tərəfindən hərbi əmlakın təmənnasız bağışlanmasıdır. Bəli məhz təmənnasız. Çünki Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar krediti 20 il müddətinə özü də bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli ayırması  belə düşünməyə əsas verir. Əslində bu silahlar sadəcə bağışlanıb. Artıq Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq etdi.  Sual oluna bilər, Rusiya Ermənistanı müasir silahlarla niyə təchiz edir, niyə təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır ?
 
 Mütəxəssislərin fikrincə görə,  Rusiyadakı bəzi siyasi dairələrin  hazırkı maraqları "Dağlıq Qarabağı nə Ermənistana vermək, nə də ki, Azərbaycana qaytarmaq" məqsədinə uyğundur. Həmin qruplar  bu münaqişədən bəhrələnərək hər iki ölkənin  beynəlxalq fəaliyyətini və regional siyasətini öz təsiri altında saxlamaq istəyir. Onların fikrincə, Cənubi Qafqaz respublikalarındakı mövcud ziddiyyətlərin və münaqişəli halların birdəfəlik həll edilməsi və bu regionda əbədi sülhün bərqərar olması Rusiyanın regional təhlükəsizlik siyasətinin uzunmüddətli məqsədlərinə qətiyyən cavab vermir.
 
 Cənubi Qafqazın Rusiya modeli ilə planlaşdırılan təhlükəsizlik sistemində Azərbaycanı qane etməyən əsas cəhət  məhz Rusiyanın bölgədə hamını qane edəcək  səmərəli kollektiv təhlükəsizlik mexanizmlərinin yaradılması əvəzinə, Ermənistanla kollektiv təhlükəsizlik və hərbi-strateji müttəfiqlik çərçivəsində Azərbaycanın suveren dövlət hüquqlarına, milli təhlükəsizlik maraqlarına və Cənubi Qafqazın regional güc  tarazlığına mənfi təsir göstərən bəzi addımları hesab oluna bilər. Azərbaycanın,  əsasında Rusiya və onun yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatı dayanan MDB təhlükəsizlik sisteminə qoşulmaqdan imtina etməsinin səbəbi də, ilk növbədə, məhz bu məsələ ilə bağlıdır. Qərbin Cənubi Qafqazda hərbi-geostrateji maraqlarının artması və  bölgə ölkələrinin NATO-ya həvəs göstərməsi fonunda Rusiyanın "forpostu" olmaqdan başqa heç bir ciddi potensial nümayiş etdirmək qabiliyyəti olmayan Ermənistanın "xarici və təhlükəsizlik maraqlarını müdafiə etmək" adı altında öz suveren dövlət hüquqlarını birtərəfli qaydada  güzəştə getməsi kimi qiymətləndirilir. Cənubi Qafqazda Rusiyanın Ermənistana güclü iqtisadi və hərbi yardım göstərməsi, onun işğalçı ordusunu təmənnasız silahlandırması, bir tərəfdən işğalçı  ölkənin siyasi rəhbərliyini Dağlıq Qarabağ  münaqişəsinin dinc yolla həllindən yayındırır, danışıqlarda qeyri-konstruktivliyə  təşviq edir, digər tərəfdənsə Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasətinə, regional hərbi-geostrateji seçiminə fərqli təsir göstərir. Odur ki, Dağlıq Qarabağ münaqişəsi hazırda həm Ermənistana, həm də Azərbaycana təsir göstərmək üçün Rusiyanın əlində ciddi bir mexanizmdir. Digər tərəfdən, torpaqlarının bir qismi  Ermənistanın işğalı altında olan Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, Dağlıq Qarabağ münaqişəsi ətrafında sülhyaratma proseslərinə cəlb edilmiş Rusiyanın rəqib ölkə ilə "hərbi-strateji tərəfdaşlığına", bu ölkədə xüsusi hərbi baza saxlamasına və işğalçı erməni ordusunu təmənnasız silah-sursatla təmin etməsinə biganə qala bilməz. Məhz bu səbəbdən Azərbaycan rəsmiləri bu sazişə etiraz edərək Rusiyanın Cənubi Qafqazdakı regional təhlükəsizlik sahəsindəki fəaliyyətinin Minsk qrupunun həmsədri statusu ilə  bir araya sığmadığını bildirmiş, bu məsələni beynəlxalq aləmin diqqətinə çatdırmışdır.
 
 Rusiya Cənubi Qafqazda yürütdüyü təhlükəsizlik siyasətini və Ermənistan kimi işğalçı dövlətə göstərdiyi hərbi dəstəyi onunla izah etməyə çalışır ki, guya Ermənistanda yerləşən və  ona məxsus 102-ci hərbi baza bu ölkəni müdafiə etmək, yaxud hər hansı bölgə dövlətinin təhlükəsizliyini təhdid etmək deyil, yalnız Rusiyanın bölgədəki hərbi-geostrateji maraqlarını təmin etmək məqsədilə saxlanılır. Hətta öz mövqeyinin inandırıcı görünməsi üçün Rusiyanın  bəzi siyasi və hərbi dairələri eyni məzmunlu müqaviləni Azərbaycan və Gürcüstanla da imzalamağa, onlarla da hərbi-strateji müttəfiqlik münasibətləri yaratmağa hazır olduqlarını bəyan edirlər.
 
Azərbaycan rəsmiləri dəfələrlə bəyan etmişlər ki, Rəsmi Bakı Rusiya və KTT ilə hər hansı ikitərəfli və çoxtərəfli əməkdaşlığın, hərbi-strateji tərəfdaşlığın əleyhinə deyil. Azərbaycanın Rusiya və KTT ilə əməkdaşlığına bilavasitə təsir göstərən ən əsas məsələ onun pozulmuş ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli  sahəsindəki fəaliyyətlə bağlıdır. Azərbaycanın torpaqlarını  açıq-aşkar işğal edən, Cənubi Qafqazda qonşu ölkələrə qarşı ərazi iddiası irəli sürən, sabit millətlərarası və dövlətlərarası regional mühiti pozan, işğalçı və militarist Ermənistanın hərəkətlərinə beynəlxalq hüquqa əsaslanan prinsipial münasibət bildirmək istəməyən, əksinə, işğalçı ölkə ilə hərbi müttəfiqlik edən,  Qafqazda mövcud olan digər region ölkələrinin siyasi-hərbi təhlükəsizliyinə, ərazi bütövlüyünə və regional sülhə  təminat verməyən qurum və ona himayədarlıq edən ölkə ilə strateji tərəfdaşlıq etmək bu gün üçün mümkün görünmür. Azərbaycan  Kollektiv Təhlükəsizlik Təşkilatı ilə əməkdaşlığın əksər  üzv ölkələrin təhlükəsizlik və xarici siyasət suverenliyinin təmin olunmasına maneçilik törətmək deyil,  köməklik göstərmək istiqamətində olmasını arzulayır. Əslində bəhs olunan  Rusiya-Ermənistan hərbi müttəfiqlik müqaviləsindən bir az keçməmiş Moskvanın erməni ordusuna bir milyard dollar dəyərində "təmənnasız" hərbi texnika, silah-sursat bağışlaması ətrafında yaranmış beynəlxalq hay-küy də göstərdi ki, bu ölkənin Cənubi Qafqazdakı hərbi-strateji fəaliyyəti hələ də anlaşılmaz olaraq qalır. 
 
 Rusiyanın Ermənistana silah-sursat almaq üçün 100 milyon dollar kredit ayırması ola bilər Azərbaycanın son günlər öz hərbi potensialını gücləndirmək istiqamətində atdığı addımlarla bağlıdır. İstənilən halda Kremlin siyasəti anlaşılan deyil. Əgər söhbət sülh danışıqlarından gedirsə, o halda işğalçıya yeni silah-sursat göndərilməsi əslində işğalın stimullaşdırılmasıdır. Bir məqamı da unutmaq olmaz ki, növbəti ilin aprelində Ermənistan prezidentinin səlahiyyət müddəti bitir və Sərkisyan nə yolla olursa-olsun baş nazir kürsüsünə sahiblənmək istəyir. Bunun üçünsə Ermənistanın terrorçu  prezidentinə Qarabağ cəbhəsində sakitlik çox lazımdır. Əks təqdirdə, növbəti savaş və erməni ordusundakı itkilər Sərkisyanın bütün planlarını alt-üst edə bilər. Başqa sözlə, Rusiyanın Ermənistanı silahlandırması həm də Terrorçu Ermənistan rejiminin həyatının uzanması ilə nəticələnir ki, bu da regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və ATƏT MQ həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir. Bəli dostluqda örtülü bazar olmamalıdır. Əks halda regional strateji əməkdaşlığı və xalqlar arasındakı xoş münasibəti özündə birləşdirən Rusiya Azərbaycan dostluğuna çox ciddi  zərbə ola bilər. 
 
A. Mirzəyev
 
Eurasia Diary 
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Hamısı